Əsas Səhifə / İdman

"Roma" klubunun iki futbolçusunu cəzalandırıb

3-09-2016, 17:45

"Roma" klubunun iki futbolçusunu cəzalandırıb
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bunlar Daniele de Rossi və Emersondu.

Hər iki futbolçu  Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.

Kapitan De Rossi 3 oyunluq diskvalifikasiya olunub. Onun kobud oyunu nəticəsində zədələnən rəqib oyunçusu  Maksi Pereyraya 3 ay meydana çıxa bilməyəcək. 

Emerson isə iki oyunluq cəzalandırılıb.

Qeyd edək ki, E qrupunda yer alan "Roma" ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt klubu "Viktoriya"nın qonağı olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]