Əsas Səhifə / Ölkə

Eldar Mahmudov haqqında yeni şok iddia

28-11-2015, 19:24
Eldar Mahmudov haqqında yeni şok iddia

Sabiq nazirin devalvasiyadan 2 milyard dollar qazandığı deyilir; "Kabinetdə ... Cahangir Hacıyevə şillə və təpik vurub. Eldar Mahmudovun başına isə kreslo vurub”

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılarkən, bunun kökündə "Beynəlxalq bank işi”nin durduğu deyilirdi. Sonradan hakim ailənin telefon danışıqlarının dinlənilməsi və xarici kəşviyyata ötürülməsi, eləcə də nazirin çevriliş hazırlaması versiyaları ictimai rəydə daha populyar oldu. Bu gün əldə etdiyimiz məlumat isə onu deməyə əsas verir ki, Eldar Mahmudovun ölkə başçısının qarşısında etimadı itirməsində "Beynəlxalq bank” məsələsi bəlkə də həlledici rol oynayıb. Rəsmi dairələr Eldar Mahmudovun "vurulması”nı sahibkarlara və iş adamlarına olan "qayğı” ilə əlaqələndirməyə çalışsalar da, sabiq MTN şefinin iflasının səbəbləri tədricən aydınlaşmaqdadır.

İstintaq orqanlarından "Basta”ya sızan məlumata görə, Eldar Mahmudovun vurulmasının kökü bu ilin aprel ayında Milli Bankın qərarı ilə baş verən devalvasiyaya gedib çıxır. Mənbə deyir: "Devalvasiya haqda qabaqcadan heç kəsin xəbəri olmayıb. Bunu yalnız ölkə başçısı, maliyyə naziri və Milli Bankın sədri bilirmiş. Tam məxfi saxlanılıb və məqsəd bu olub ki, kimsə xəbər tutub dollar ala bilməsin. Amma devalvasiya artıq elan olunduqdan sonra Eldar Mahmudov "Beynəlxalq bankın” prezidenti Cahangir Hacıyevin vasitəsilə köhnə tarixlə valyuta mübadiləsi həyata keçiriblər. Eldar Mahmudov Cahangir Hacıyevlə qudadırlar. Bu əməliyyatda təqribən 6 milyard manatdan çox pul köhnə tarixlə, yəni devalvasidan əvvəlki valyuta kursu ilə mübadilə edilib. Köhnə tarixlə mübadilə sənədləri qaydasına salınıb. Əməliyyatın icrasında rolu olan bəzi başqa adamlar da bundan milyonlarla pul qazanıblar. Eldar Mahmudovla Cahangir Hacıyev isə bu yolla 2 milyard dollar irəli düşüblər”.

Mənbə bildirir ki, bu əməliyyatın üstü sonradan həyata keçirilən monitorinq və valyuta mübadiləsi statistikasının təhlili sayəsində üzə çıxıb: "Devalvasiyadan sonra Milli Bank özəl banklardan gələn valyuta mübadiləsi sənədlərini və statistikanı təhlil edib. Məhz devalvasiya ərəfəsində bəzi adamların kütləvi şəkildə dollar alması faktı diqqəti cəlb edib. Bunun səbəbi araşdırıldıqda, məlub olub ki, səbəb devalvasiya haqqında məlumatın qabaqcadan sızması deyil. Devalvasiyadan sonra külli miqdarda dollar alınıb, valyuta mübadiləsinin çekləri isə devalvasiyadan bir neçə həftə, hətta bir ay əvvələ yazılıb. Araşdırıb müəyyən ediblər ki, köhnə tarixlə külli miqdarda dollar alan şəxs Eldar Mahmudov olub”.

Devalvasiyadan sonra Cahangir Hacıyevin işdən çıxarıldığını xatırladan mənbə iddia edir ki, bu xəyanətinə görə o, və sabiq MTN şefi həm də fiziki cəzaya məruz qalıblar: "Kabinetdə ... Cahangir Hacıyevə şillə və təpik vurub. Eldar Mahmudovun başına isə kreslo vurub”.

Mənbənin sözlərinə görə, bundan sonra Eldar Mahmudov ələ keçirdiyi məbləği tam olaraq geri qaytaracağını vəd edib: "Onlar dolları götürəndə əvəzində manat veriblər. Amma məsələnin üstü açılandan sonra onların boynuna qoyulub ki, manatla verilən məbləğin bankda qalması şərtiylə, dollarla aldıqları məbləği qaytarsınlar”.

MTN şefinin çevriliş cəhdinə görə vurulması ehtimalına toxunan mənbə bunu da istisna etməyib: "Çevriliş cəhdindən məlumatım yoxdur, amma ola bilər ki, gec-tez vurulacağını bildiyi üçün belə bir addıma da əl atsın. Onlar bu əməliyyat nəticəsində irəli düşmək istəyiblər, amma üstü açıldığı üçün ikiqat geri düşüblər. Belə vəziyyətdə çevrilişə maraqlı ola bilərdilər”.

Xatırladaq ki, Eldar Mahmudovun vəzifədən çıxarıldığı gün Cahangir Hacıyevin həbs olunması haqqında da xəbərlər yayılmışdı.(bastainfo.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]