Gündəm

Eldar Mahmudovun yaxın qohumu saxlanıldı - SON DƏQİQƏ

20-10-2015, 23:04
Eldar Mahmudovun yaxın qohumu saxlanıldı - SON DƏQİQƏ


Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumlarının da işində yoxlama aparılır. Musavat.com-a daxil olan məlumata görə, artıq sabiq nazirin yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov saxlanılıb.
Məlumata görə, Eldar Mahmudov qohumu Beytulla Hüseynovun əli ilə ölkədə telefon danışıqlarını rahat şəkildə dinləyə bilirmiş. Bu kimi səbəblərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dünən təxminən saat 18:00-da Beytulla Hüseynovu saxlayıblar. Onun tutduğu vəzifəsindən azad ediləcəyi gözlənilir.

Qeyd edək ki, Beytulla Hüseynovun rəhbərlik etdiyi qurumda yoxlamaların aparıldığı və onun saxlanılma ehtimalının olması ilə bağlı məlumatları da ilk dəfə musavat.com ölkə ictimaiyyətinə çatdırıb.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]