İqtisadiyyat

Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar

16-08-2016, 02:23
Azərbaycanda çörəyin bahalaşmasına səbəbkar olan Şabranın qalmaqallı deputatı Tahir Süleymanov ölkəni hakimiyyətin üstünə qaldırır...

Bu barədə Politika.Az-a daxil olan məlumata görə, un dəyirmanları olan biznesmen deputat Azərbaycanda sosial gərginlik yaradır. Bu məsələ hökumətdə müzakirə olunmağa başlanıb. 

Manatın ikinci devalvasiyası zamanı süni qiymət artımına səbəb olmuş T.Süleymanova ilk irad elə həmkarı Fəzail Ağamalıdan gəlmişdi. O zaman millət vəkili həmkarları – Əsabil Qasımovu və Tahir Süleymanovu unun qiymətini bahalaşdırmaqda ittiham etmişdi. 
Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar
F.Ağamalı onları süni qiymət artımına getməməyə çağırmışdı. Həmin dövrdə Şabran və Siyəzəndə etiraz aksiyası keçirilmişdi. 

Amma hadisələr deputata dərs olmayıb. T.Süleymanov yenidən inhisarçı maraqlarını güdərək çörəyin qiymətinin artımına zəmin yaradıb. Bu da ölkə əhalisini dövlətdən, prezidentdən narazı salmaqdır. 
Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar
Deputatın bu sosial təxribatı ona milyonlar qazandırıb. Elə bunun göstəricisidir ki, T.Süleymanov milyonluq dəbdəbəli villa tikdirib. Məlum olduğu kimi, deputatın sarayının görüntüləri yayımlanıb. 

Deputatın villasının yanında isə məscid yerləşir - Allah evi. Ancaq Allah evi Tahir Süleymanovun villası ilə müqayisədə çox kasıbyanadı və deputat villasının dəbdəbəsinin yanında Allahın evi doğurdan bir komanı xatırladır. 

Xatırladaq ki, Tahir Süleymanov əldə etdiyi bütün biznes obyektlərinin, imarətlərinin, torpaq sahələrinin böyük bir hissəsini məhz deputat olduğu müddətdə əldə edib. Görəsən hörmətli deputat 1850 manat əmək haqqıyla bu qədər var dövləti necə əldə edib. Bəlkə seçiciləri Allah yolunda deputata "öz yardım əllərini uzadıblar"? 
Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar
Xalqı çörəklə imtahan çəkən deputat öz mal-mülklərinin sayını artırır. Seçkilərdə seçicilərinə min vəd verən deputatı indi gündüz əldə çıraq gəzirlər. Amma onu axtarmaq gərəksizdir, T.Süleymanov milyonluq villasında çörək pulunu artırmaq hesabına dincəlir. 

Politika.Az xəbər verir ki, ölkədə sosial gərginlik yaradan məmurlar xalqla prezidentin arasına girir. Bu təxribatçı qüvvələr öz maraqları naminə hakimiyyətə əlavə problemlər yaradırlar. 

Prezident dəfələrlə bildirib ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq. Amma qanunla bizneslə məşğul olması qadağan edilən bir deputat isə un biznesindən qazandığı pullarla oliqarxa çevrilib. 

Onu da deyək ki, seçkidə şabranlılar sənətçi Elza Seyidcahana səs vermişdi. Amma T.Süleymanovun sehrli əlləri sayəsində seçki qutusundan onun adı çıxdı. Tahir Süleymanov həm də restoran sahibidir. 
Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar
Şabranda Rayon Icra Hakimiyyətinin binası ilə yanaşı olan, nəvəsinin adını daşıyan "Günel” restoranı bu deputata məxsusdur. Şabranda yerləşən "Səba Broyler” bir müddət nəzarətsiz qalsa da, nəhayət, Tahir Süleymanov ona da əl qoyub. 
Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar
Xatırladaq ki, bir müddət əvvəl deputat Tahir Süleymanovun qardaşı oğlu Kamran Süleymanov avtomobil qəzasında müəllimi öldürüb. Deputatın ətrafında ilk dəfə deyil belə faciəvi yol qəzası baş verir. 
Çörəyi yenə bahalaşdıran deputatın biznesindən faktlar
Bir neçə il əvvəl millət vəkili Tahir Süleymanovun sürücüsü "Kamaz” markalı yük maşını ilə toqquşub və nəticədə deputatın sürücüsü dünyasını dəyişib. Piyadanı öldürən K.Süleymanov rayonda Maliyyə İdarəsinin müdir müavini vəzifəsində işləyir. İddialara görə, o, hər zaman avtomobili yüksək sürətlə idarə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]