Əsas Səhifə / Ölkə

ÇÖRƏYİN BAHALAŞMASINDA GÜNAHKAR KİMDİR? – KİMLƏR BU BAHALAŞMADAN ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ EDİR?

26-12-2015, 09:17
ÇÖRƏYİN BAHALAŞMASINDA GÜNAHKAR KİMDİR? – KİMLƏR BU BAHALAŞMADAN ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ EDİR?Nazirlər Kabineti manatın "üzən məzənnə” rejiminə keçməsi barədə qərar qəbul edilməzdən əvvəl qiymətlərin sabitləşdirilməsi məqsədilə taxıl ehtiyatlarının satışa yönləndirilməsi barədə qərar qəbul etməlidir.

Ekspertlər hökumətin ekstremal şəraitdə nizamsızlığını qeyd edirlər ki, bundan da ölkə vətəndaşları əziyyət çəkirlər.
Azərbaycanda unun qiyməti təxminən 47% qalxıb. Əgər 50 kiloqramlıq un kişəsi ikinci devalvasiyadan öncə 18-18,50 qəpikdisə hazırda 26-27 manat arasındadır.
Bu il Nazirlər Kabineti dövlət taxıl ehtiyatlarının səviyyəsini 500 mindən 750 min tonadək qaldırıb. Dövlət taxıl ehtiyatlarını Fövqəladə Hallar Nazirliyi idarə edir.
Dövlət Taxıl Fondunun (DTF) icraçı direktoru Zülfüqar Məmmədov unun və çörəyin qiymətinin artmasının səbəblərini açıqlayaraq deyib ki, bu, manatın məzənnəsinin aşağı salınmasının birbaşa nəticəsidir.
Lakin o, qiymətlərin stabilləşdirilməsi üçün fondun intervensiyasının yubadılması məsələsini şərh etməkdən imtina edib.
Nə FHN, nə də İqtisadiyyat və Sənaye Nazirliyi (bazarda qeyri-sağlam rəqabətə nəzarət edir) yaranmış vəziyyətə reaksiya vermirlər.
Bundan əlavə, Sənaye və İqtisadiyyat Nazirliyi çörəyin və unun qiymətinin bahalaşmasını biznes nümayəndələrinin süni hərəkətləri kimi izah edir.
DTF haqqında əsasnaməyə görə, fövqəladə hallarda (kəskin bahalaşma, qıtlıq və s.) fondun ehtiyatları Nazirlər Kabinetinin qərarı ilə satışa yönəldilir.
Qiymət artımına baxmayaraq, hökumət adekvat qərar qəbul etməyə tələsmir.
Hazırda Azərbaycan Rusiyadan buğdanı 1 tonu 175-180 dollara alır. Bu, ötən ildə olduğundan 60 azdır. Hazırda buğdanın pərakəndə satış qiyməti təxminən 500 manat və ya 320 dollardır.
"Neon” şirkətinin (buğda idxalı, un və çörək istehsalı ilə məşğul olur) direktoru Arif Həsənov bildirib ki, yaranmış vəziyyətdə hökumət dövət ehtiyatlarının bir hissəsini satışa yönəltməlidir, həmçinin müvəqqəti olaraq buğda idxalına ƏDV-ni ləğv etməlidir.
Müstəqil hesablamalara görə, sutka ərzində Azərbaycanda çörək sənayesində ən azı 3500 ton əla növ undan istifadə olunur. Ölkədə buğda ununun illik istehlak həcmi təxminən 1,5 mln. ton həcmində dəyərləndirilir. /Turan

Administratorla əlaqə

077 611-55-22

[email protected]