Əsas Səhifə / Kriminal

Qiymət artımına görə saxlanıldığı bildirilən iş adamı danışdı - Yenilənib

26-12-2015, 19:19
Qiymət artımına görə saxlanıldığı bildirilən iş adamı  danışdı - Yenilənib

Manatın üzən məzənnə kursuna keçidindən sonra bəzi işbazlar qiymətləri süni şəkildə artırmağa cəhd edir.

Avropa.info xəbər verir ki, İmişli rayonunda tanınmış iş adamı Nizami Umudov həbs olunub.

Əldə etdiyimiz məlumata görə, Nizami Umudovu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları saxlayaraq, Bakıya gətiriblər.

İmişli rayon Polis İdarəsindən Nizami Umuduovun həbsinin hansı səbəbdən baş verdiyini bilmədiklərini deyiblər.

Ehtimal edilir ki, Nizami Umudov qiymətləri süni şəkildə artırdığı üçün saxlanılıb. Rayon sakinləri Avropa.info-nun əməkdaşına bildiriblər ki, N.Umudov üç gün imiş unun qiymətini 18 manatdan 27 manat 50 qəpiyə qaldırıbmış. Dünəndən isə N.Umudov İmişli rayonunda un satışını ümumiyyətlə dayandırıbmış.

Qeyd edək ki, İmişli şəhərində unun topdansatışı ilə məşğul olan iki böyük anbar mövcuddur. Hazırda saxlanılan Nizami Umudovdan başqa, Millə Məclisin deputatı Əsabil Qasımovun xalası oğlu Naib Xəlilov da unun topdaşsatışı ilə məşğul olur. Nizami Umudovun unu məhz Naib Xəlilovdan aldığı bildirilir. Hazırda Naib Xəlilovun un anbarında da, unun 1 kisəsi 27 manata satılır.

Avropa.info-nun əməkdaşının apardığı araşdırma zamanı bəlli olub ki, İmişli rayonunda yalnız Əsabil Qasımovun oğluna məxsus olan "Karmen" un zavodunun məhsulu satışa çıxarılır. 

***

Günün sonunda həbs olunduğu bildirilən iş adamı Nizami Umudov  Avropa.info ilə əlaqə saxlayaraq yayılan məlumatların yanlış olduğunu bildirib. İş adamı həbs olunmadığını, sadəcə qohumunun yas mərasimində iştirak etdiyi üçün, obyektinin gün ərzində bağlı olduğunu deyib. Nizami Umudov un məhsulunun qiymətinin 27 manata qaldırılmasına da aydınlıq gətirib.

"Bilirsiniz ki, indi qiymətlər bahalaşıb. Biz unun bir kisəsini 25 manat 50 qəpiyə  almışıq, bəs bunu neçəyə sataq? Məcburən 27 manata satırıq" deyə iş adamı bildirib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]