Siyasət

Prezident 2 rayonun rəhbərini cəzalandıra bilər - Şəhid ruhuna sayğısızlıqlarına görə...

13-08-2016, 17:45
Son günlər icra başçılarının şəhid ailələrinə göstərdiyi biganə münasibət mətbuatın ciddi müzakirə mövzusuna çevrilib. Şəhid ailələrinə göstərilən diqqətsizliklə bağlı arda- arda verilən xəbərlərdən də aydınca müşahidə olunur ki, artıq bəzi icra başçılarının şəhid ailələrinə ögey yanaşması bir "ənənəyə" çevrilib. Sankı bəzi icra başçıları şəhidlərin ruhuna və ailələrinə hörmətsizlik nümayiş etdirməyi qarşıların məqsəd qoyublar. 

Halbuki ölkə baçısı İlham Əliyev və Müdafiə naziri general Zakir Həsənov şəhid ailələrinə çox böyük diqqət və qayğı göstərirlər. Buna rəğmən bəzi harınlamış icra başçıları Prezidentin iradəsinin ziddinə gedərək şəhid ailələrinə az qala düşmən münasibəti sərgiləyir. Belə ki, Zərdab və Xızı rayon icra başçılarının şəhid ailələri ilə bağlı ortaya qoyduqları yaramaz davranışları fikirlərimizin təsdiqi sayıla bilər. Ona görtə ki, dövlət başçısı bütün çıxışlarında məmurları şəhid ailələrinə isti münasibət sərgiləməyə , onlara bütün lazımı köməklikləri göstərməyə çağırır. Amma əksər icra başçısı bu bəyanatlardan nəticə çıxarmaq istəmir.Bu da sonda şəhid ailəsi ilə Prezident arasında böyük bir yarğan yaradır. Şübhəsiz ki, bu yarğanı yaradanlar Prezidentin çağırışlarına tələb və təkliflərinə əməl etməyən bəzi icra başçılarıdır.

Şəhid ailələrinə göstərilən biganə və kobud münasibətlərdən danışan hərbi ekspert Üzeyir Cəfərov ölkə başçısının bu məsələlərlə bağlı lazımı ölçülər götürəcəyinə ümidvar olduğunu söyləyib: 

"Hesab edirəm ki, ən azından bir neçə məmur ən ciddi şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun. Həqiqətən də dövlət qurumlarında oturan bəzi məmurlar özlərini həddən artıq yekəxana aparır. Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına sayğısızlıq göstərirlər. Məsələni bir nəfərin üzərinə fokuslaşdırmaq istəməzdim. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun hələ 2012-ci ildə onun Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən qəbul etdiyi qərar bu günə qədər icra olunmur. Qarabağ müharibəsi veteranları da bundan narazıdırlar. Şəxsən mən özüm bir qrup Qarabağ müharibəsi veteranı ilə birgə ƏƏSMN -ə rəsmi ərizə ilə müraciət etmişik. Amma bu günə qədər S.Müslümov Qarabağ müharibəsi veteranlarının məsələsini həll etməyib". 
Ekspert aprel savaşında böyük şücaətlər göstərək şəhid olmuş polkovnik leytenant Raqub Orucovun ailəsinə göstərilən diqqətsizliyə də toxunub: "Onun həyat yoldaşı bizim bacımızıdır. Mən onun həyat yoldaşı ilə də danışdım. Vəziyyəti də bilirəm. Bir neçə dəfə ƏƏSMN və Müdafiə Nazirliyində (MN) olub. Təssüflər olsun ki, bizim məmurlar yalnız söz verməklə işlərini bitmiş sayırlar. Xanım sonda məcbur qalıb, məsələni ictimailəşdirəndən sonra hər iki dövlət qurumu ələ-ayağa düşüb, problemi həll etdilər. Şəhid ailələrini anlamaq lazımdır. İki körpə uşaqla necə dolansın? Məmurlar özlərini və ailə üzvlərini şəhid ailələrinin yerinə qoysalar, şəhidin həyat yoldaşının giley güzar dolu haqlı fikirlərini anlayarlar".

Ekspert Xızı rayon icra başçısı müavininin da biabırçı davranışlarına diqqət çəkib: "Bu adam çox təhqiramız formada deyib ki, siz burada obyektmi tikirsiniz. Şəhid ailəsinə qarşı bu cür davranış yolverilmzədir. O cümlədən Zərdab rayon icra başçısı Lütvəli Babayevin göstərişi ilə şəhid məzarının üzərindən bayrağın götürülməsi doğru deyil. Şəhid ailələri və şəhid məzarı ölkənin qürur mənbəyidir. Demirəm onlara qanundan kənar nə isə edilməlidir. Amma şəhid ailələrinin həssas ailə olması nəzərə alınmalıdır. İcra strukturları nümayəndələri bu ailələrə xüsusi diqqət göstərməlidirlər. Təssüflər olsun ki,ağır günlərdə fotoobyektivlər qarşısında özünü qabağa salıb pafosla müsahibə verənlərin bir çoxu sonradan görünmədilər. Yenə də mətbuat sağ olsun. Hesab edirəm ki, sonuncu hadisələrdə mətbuat böyük gücə malik olduğunu aydınca ortaya qoydu". 

Administratorla əlaqə

077 611-55-22

[email protected]