Ölkə

Şəhid ailələrinə ev, qazilərə 30 min Azn verilsin - Əli Kərimli.

17-04-2016, 18:48
"Gül bayramı üçün nəzərdə tutulmuş pullar şəhid ailələrinə verilsin!
 Xəbərman.com xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli öz facebook hesabında qeyd edib. O yazıb: "Dostlar, yaxşı bir iş görüb, Gül bayramını ləğv etdirə bildiniz. Sağ olun. Hər il bu qondarma bayrama 10 milyonlarla manat pul xərclənirdi. Gəlin, hamılıqla tələb edək ki, həmin pullar şəhid ailələrinə və yaralılara verilsin. Şəhid cənazələrinin bir qayda olaraq kasıb evlərindən çıxdığı heç kimə sirr deyil. O ailələrin ev şəraiti hamımızın ürəyini ağrıdır. Əlbəttə, heç bir maddi nemət oğul itirmiş bu ailələrin yarasını sağalda bilməz, amma millət kimi bizə təsəlli olar ki, şəhid ailələrinə, qazilərimizə diqqət etdik. 93 şəhid ailəsinin hərəsinə bir mənzil, qazi olmuş oğullarımızın hərəsinə (aldığı xəsarətdən asılı olaraq) 10-30 min manat birdəfəlik yardım etmək dövlət üçün çətin deyil. 5-7 milyon manat xərc tələb olunacaq ki, bu da Gül bayramı xərcindən xeyli azdır. Nə deyirsiniz, bu təklifə hamılıqla qoşuluruqmu?"
Şəhid ailələrinə ev, qazilərə 30 min Azn verilsin - Əli Kərimli.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]