Kriminal

Göygöldə Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

27-01-2016, 08:28
Göygöldə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Balçılı kəndində baş verib.

Göygöl rayonunun Xəqani kənd sakini, 1982-ci il təvəllüdlü Hüseynova Mehriban toydan çıxarkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]