Keçmiş döyüşçü olan QHT rəhbəri "Fədai" medalı ilə təltif olundu
Bu günlərdə Vətənpərvər Maarifçi Gənclər Ictimai Birliyinin (VMGIB) prezidenti Dəyanət Novruzoğlu Həsənov Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyinin Idarə Heyətinin qərarı ilə "Fədai" medalı ilə təltif olunmuşdu. QMƏVŞİB-in sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev medalı təqdim edərək VMGIB rəhbəri Dəyanət Həsənov haqda bunları dedı: "Dəyanət Həsənov bu günləri sözün əsil mənasında gənclər uçun örnək olunası bır gəncdir. Mən Dəyanəti hələ uşaq çağlarında tanıyıram. Onun hələ 13-14 yaşı olanda Qarabağ savaşında iştirak etməsi və xüsusi hərbi əməliyyatda iştirak etməsi həqiqətən də onun əsil vətənpərvər şəxs olmasından, vətənını sözdə deyil, əməldə sevməsindən xəbər verirdi. Mən əminliklə bildirirəm ki, Dəyanətin həyat yolu indiki gənclərə nümunədir və heçdə təsadüfi deyikli, bu günlərim Dəyanət Azərbaycanda öz sağlam fəaliyyətlə, daima gənclərdə hərbi - vətənpərvər ruhun aşılanmasında, onların demokratik düşüncə tərzinin formalaşmasında, dövlətçiliyin qorunub saxlanılmasında bütün səyləri ilə çalışan QHT rəhbəri olaraq, sayılıb seçilən VMGIB kimi təşkilata rəhbərlik edir".
Bizdə VMGIB rəhbəri Dəyanət Həsənovu "Fədai" medalı ilə təltif olunması münasibətilə təbrik edirik. Ona işlərində uğurlar və tutduğu bu yolda daima qalibiyyət və qalib olmağı arzulayırıq.