Layihə

Vətənpərvər şagird seçildi - FOTOLAR

3-06-2015, 13:01
Vətənpərvər şagird seçildi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” layihəsi uğurla başa çatmışdır. Layihə çərçivəsində Lerik, Zaqatala və Qusar rayon məktəblərinin iştirakı ilə ümumilikdə 45-dən artıq təlim keçirilmişdir, rayon gənclərinə 1000 ədəd maarifləndirici buklet paylanmışdır. 270-dən çox məktəbliyə keçirilən təlimlərdən sonra “Vətənim Azərbaycan” adlı facebook səhifəsi məktəblilərin istifadəsinə verilmişdir və məktəblilər arasında müsabiqə elan olunmuşdur. Müsabiqə çərçivəsində məktəblilər Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyət abidələri, milli mətbəxi, tanınmış şəxsiyyətlərini özündə əks etdirən məlumatlar paylaşaraq qaliblik uğrunda mübarizə aparmışlar. Ən fəal və faydalı paylaşımlarına görə müsabiqənin qalibi Həmzəyev Adil Kamil oğlu, layihənin qalibi isə Zaqatala rayonu olmuşdur. Qalibi mükafatlandırmaq məqsədi ilə Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində təntənəli “Mükafatladırma” tədbiri keçirilmişdir. Qalib Fəxri diplom, Kubok, medal, planşet və Azərbaycan Gənclər Fondunun loqosu əks olunmuş qələm, blaknot, qolbağ elektron daşıyıcı ilə təltif olunmuşdur. Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi RəşadSeyidəhmədov , Təhsil şöbəsinin nümayəndəsi Xamis İsmayılov, Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Aşağı Tala kənd 1 saylı orta məktəbin direktoru Minnurə Xəlilova, “Uşaq və Yeniyetemələrə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri olan layihə rəhbəri Fərhad Abdulovölkədə tətbiq olunan gənclər siyasəti, onun əhəmiyyəti və gənclərə faydası, Gənclər Fondu tərəfindən maliyyələşən bu kimi layihələrin gənclərdə vətənpərvərlik hissini yüksəltməsindən, istedad və bacarıqlarının üzə çıxarılmasından, ölkənin ictimai həyatında yaxından iştirak etməyə stimullaşdırılmasında oynadığı roldan söhbət açıb. Layihənin qalibi Adil Həmzəyev həyatında ən böyük uğuru əldə etdiyini və həyatının ən xoşbəxt gününü yaşadığını vurğulayıb. Rayon rəhbərliyi və müvafiq icra orqanlarının rəhbərlikləri adından Azərbaycan Gənclər Fonduna və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinə təşəkkürlər səsləndirilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə sənədlərini təqdim edən layihənin qalibi Adil Həmzəyevin şərəfinə tədbirdə “Əsgər marşı” səsləndirilib, tədbir çərçivəsində “Danışan məktub” filmindən fraqmentlər nümayiş etdirilərək filmin adının nə olduğunu və “Validə” obrazını kimin canlandırdığını açıqlayan tədbir iştirakçısı Azərbaycan Gənclər Fondunun loqosu əks olunmuş qələm, blaknot və flaşkartla təltif olunub. Tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himni ilə yekunlaşdıqdan sonra məktəblilər çay-kofe, şirniyyat süfrəsinə dəvət olunub.Qeyd edək ki, Zaqatala rayonunu qalib edən Adil Həmzəyev 1994-cü ildə Füzuli rayon yuxarı Abdurahmanlı kəndində gedən döyüşlərdə şəhid olmuş əmisi 1974-cü il təvəllüdlü Həmzəyev Adil Didiy oğlunun adını şərəflə daşıyır. Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərdə vətənpərvəlik ruhunun yüksəldilməsi” istiqamətində keçirilən layihə Adil Həmzəyevə şəhid olan əmisinin xatirəsini bir daha yad etdirməsinə, həmçinin bu cür vətənpərvər gəncin üzə çıxarılmasına imkan yaratdı.




Administratorla əlaqə

077 611-55-22

[email protected]