Əsas Səhifə / Siyasət

“KQB”-nin mərhum polkovnikinin qızı bütün əmlakını Putinə vəsiyyət edib – ŞOK SƏNƏD

24-06-2014, 17:12
“KQB”-nin mərhum polkovnikinin qızı bütün əmlakını Putinə vəsiyyət edib – ŞOK SƏNƏD
Avrasiya.net ŞOK bir sənəd əldə edib. Bu bir vəsiyyətnamədir. Həmin vəsiyyətnaməni Azərbaycanda hüquq müdafiəçisi Səyarə Heydərova yazıb. Belə ki, o, özünə məxsus bütün daşınan və daşınmaz əmlakını Rusiya prezidenti Vladimir Putinə vəsiyyət edib.
Vəsiyyətnamədə yazılır: Bakı şəhəri, X.Məmmədov küçəsi, ev 21, mənzil 27 ünvanın sakini Heydərova Səyarə Rövşən qızı, bütün daşınan və daşınmaz əmlakımı 7 oktyabr 1952-ci ildə doğulmuş Rusiya Federasiyası vətəndaşı Putin Vladimir Vladimiroviçə vəsiyyət edirəm.
13 may 2014-cü il.
Vəsiyyətnamə Bakı şəhəri 2 saylı “ASAN” xidmət mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilib.
Sənəd reystrdə 2 v 349 nömrə ilə qeyd edilib.
Məlumatı dəqiqləşdirmək məqsədilə S.Heydərovanın özü ilə əlaqə saxlamağımız mümkün olmadı.
Xatırladaq ki, S.Heydərova “KQB”nin III bölməsinin rəisi olan, 1990-cı ildə dünyasını dəyişən mərhum polkovnik Rövşən Heydərovun qızıdır. S.Heydərova Gülər Əhmədova olayı ilə bağlı gündəmi zəbt edənlərdən biri olub. Belə ki o, sabiq millət vəkili Gülər Əhmədovaya kömək məqsədilə Elşad Abdullayevin yaydığı videoların saxta olub, olmadığını aydınlaşdırmaqdan ötrü “Foreneks” MMC-yə müraciət edib. Bundan başqa Fransada məskunlaşan MTN-nin xüsusi işlər üzrə keçmiş müstəntiqi, polkovnik Ramin Nağıyev və ABU-nun sabiq rektoru Elşad Abdullayevlə aralarındakı yazışmanı da ilk dəfə mətbuata ötürüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]