Dünya

Putini mühakimə etməyəcəklər

13-02-2016, 01:08
Putini mühakimə etməyəcəklər

Moskvanın "Tverskoy” məhkəməsi müxalifətçi Aleksey Navalnının Rusiya prezidenti Vladimir Putinə qarşı şikayət ərizəsinə baxmaqdan imtina edib.

Xeberman.com  RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə məhkəmənin mətbuat katibi Anastasiya Dzürko bildirib.

"Məhkəmənin qəbul etdiyi qərara əsasən, Aleksey Navalnının Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı iddiasına baxılmaqdan imtina olunub”, - A.Dzürko deyib. 

Qeyd edək ki, Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün  "Korrupsiyaya qarşı fəaliyyət haqqında” federal qanunu pozub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]