Əsas Səhifə / Dünya

Rusiya bu məsələdən danışır - FOTOLAR

17-12-2015, 14:42
Rusiya bu məsələdən danışır - FOTOLAR


Putinin ölümsüz ola biləcəyinə inananların sayı az deyil


Sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putinə bənzərliyi ilə diqqət çəkən şəxslərin görüntülərinin ortaya çıxması geniş müzakirəyə çevrilib. Bizimyol.info xəbər verir ki, hətta dünyanın bir çox güclü media qurumları da bu məsələ ilə bağlı xəbərlər yayımlayıblar. Belə ki, 1920-ci ildə çəkildiyi deyilən bir fotodakı əsgərin Putinlə olan bənzərliyi, Rusiyada yeni bir müzakirəyə səbəb olub. Sui-qəsd nəzəriyyəçilərinə görə şəkilləri əsas gətirərək, "Putin ölümsüz ola bilər" sözlərini dilə gətirmək heç də gülünc deyil.

Bu nəzəriyyələr həqiqətdən olduqca uzaq olsa da, şəkillərdəki insanların Putinə bənzəməsi olduqca diqqətçəkicidir. Bundan əlavə 1941-ci ildə çəkildiyi deyilən bir başqa fotodakı rus əsgəri V.Putinə çox bənzəyir.

Yayılan bu xəbərləri oxuyanların arasında Putinin ölümsüz ola biləcəyinə inananların sayı az deyil. Son aparılan araşdırmalara görə şəkilləri görənlər və bu məsələ ilə bağlı məlumat əldə edənlərin 66%-i Putinin ölümsüz ola biləcəyinə dair iddialara inanırlar.

Qeyd edək ki, V.Putinin ölümsüz ola biləcəyinə dair iddialar ilk dəfə dilə gətirilmir. "Buzzfeed" saytı bu ilin əvvəllərində Putinin, Leonardo da Vinçinin məşhur "Mona Lisa" əsərinə ilham olmuş ola biləcəyini bildirmiş və şəkildəki qadın ilə Putin arasında bənzərlik olduğuna dair vizual iddialar ortaya atmışdı. İnsanların Putinə bənzətdiyi bir digər məşhur isə 19-cu əsrdə yaşamış məşhur yunan komandirlərindən General Valtinosdur. Bizimyol.info

Rusiya bu məsələdən danışır - FOTOLARRusiya bu məsələdən danışır - FOTOLAR
Rusiya bu məsələdən danışır - FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]