Dünya

Davudoğludan Putinə sərt cavab

19-12-2015, 12:15
Davudoğludan Putinə sərt cavabRusiya prezidenti Vladimir Putinin geniş mətbuat konfransında Türkiyə ilə bağlı söylədiyi tənqid və təhdid dolu sözləri ciddi qəbul etmirəm.

Xeberman.com-un Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu xatırladıb ki, Putin bir ay bundan əvvəl bu fikirdə deyildi:

“Bir ay bundan əvvəl Putin belə bir şərh niyə etmirdi? Birdən birə Türkiyənin müsəlman bir ölkə olduğunu və ABŞ ilə yaxın əlaqədə olduğunu başa düşdü? Verdiyi hər açıqlama gülüşə səbəb olur. Bunu yalnız uşaq oyunu adlandırmaq olar.

İndi Putin fikirləşir ki, Türkiyə içində müxalifət meydana gətirəcək?

Hörmətli Cumhurbaşkanımızın ailəsi ilə əlaqədar iddiaları gündəmə gətirdiyində, 'Bu bir Sovetinin təbliğatıdır' dedim.

Putin yəqin “KQB” dövrlərində qalıb. Amma “KQB” geridə qaldı, o Sovetinin təbliğat dövrü geridə qaldı.

Verdiyi hər açıqlama dünyada gülüşə səbəb olur. Bizim üçün ciddi alınacaq, müasir günün ruhuna uyğun gələn şərhlər deyil. Bu açıqlamaları ciddi qəbul etməyi özümə təhqir sayıram”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]