Gündəm

Nardaranda ara yenidən qarışdı - Qarabağ əlilləri üsyan edir

28-07-2016, 17:58
25 il qabaq Qarabağ əlilinə Nardaran bağ massivində icarəyə verilən sahədə ev tikməyə icazə verilmir 

Özünü Sabunçu RİH-in əməkdaşı kimi təqdim edən şəxslər tikintiyə mane olur. Həbib adlı "komunxoz” əlillərdən layihə, icazə tələb edəndə qanunvericiliyin tələbi baça salınsa da, ”komunxoz” qanunsuzluğundan əl çəkmir. Əlillərin DİN-in 102, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) 161 qaynar xətlərinə şikayətləri 10 gündür conucsuz qalır. 5 gün öncə zavallı əlillərin sifariş etdiyi 3 maşın beton "komunxoz”un göstərişilə xarab edilib. Nardaran polisindən əlillərin DİN-ə şikayətinə görə qərəzlə tədbir görülməməısi bildirilib. İndi isə Sabunçu RİH-in memarı bildirib ki, tikintiyə icazə lazımdır. İstənilən halda qanunvericiliyin tələbinə görə, hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə sənədi tələb olunmur. PA-ya, NK-ya bağ sənədlərini əlavə edən əlillər BŞİH-ə Sabunçu RİH-in qarşısında aksiya keçirmək barədə müraciət etsələr də, RİH-in memarı "qoçuları” göndərib, heç bir sənəd vermədən işə mane olur. Məhkəmə qərarı olmadan vətəndaşın qanuni işinə mane olmaq isə Konstitusiyaya ziddir. Əlacsız qalan əlillər təcili Nardarandakı bağ massivində aksiya keçirmək üçün toplaşıblar. Hazırda orada aksiya davam edir…

Məğrur Bədəlsoy

P.S.Aksiya ilə bağlı (051)8582151, (050, 070)3276309 nömrəli telefonlardan xəbər almaq olar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]