Layihə

Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub.

2-12-2016, 23:56

Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub.2 dekabr 2016-cı il tarixdə 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətindnin təşkilatçılığı ilə rayonda yerləşən Sağlamlıq İmkanlar Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi İnternat Məktəbində tədbir keçirilib.

Rayon rəhbərliyinin və məktəbin şagird və müəllimlərinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəzirova İradə bu əlamətdar gün münasibəti ilə məktəbdə təhsil alan uşaqları təbrik edərək, dövlətimiz tərəfindən əlillərə, qayğıya ehtiyacı olan yaradıcı insanlaragöstəriən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ölkə həyatının bütün sahələrində həyata keçirilən köklü islahatların uğurlu nəticələrini, bu kateqoriyadan olan əhali qrupunun cəmiyyətdə əhəmiyyətli rolunu xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini deyən İ.Mahmudova Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub.ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların bu və ya digər problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev əlillərin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həllinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın daim diqqət yetirdiyi əsas məsələlərdən olduğunu vurğulayaraq, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması, həmçinin onların hüquqlarının tam təmin edilərək sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində atılan məqsədyönlü addımların bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Ölkəmizin hər yerində olduğu kimi, paytaxtımızın Nərimanov rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyi, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğu, təhsil aldığı təhsil və səhiyyə müəssisələrində onların bu və ya digər problemlərinin həlli, cəmiyyətə fəal intiqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü qeyd edilib.

Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub.Digər çıxış edən tədbir iştirakçıları bu əlamətdar gün münasibəti ilə əlilləri, o cümlədən də məktəbin şagirdlərini təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda onlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.

Onlar sürətlə inkişaf edən ölkəmizdə əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıb, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbir uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla davam etdirililib.

Sonda məktəbdə təhsil alan şagirdlərə hədiyyələr təqdim edilib.

Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub.
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]