Əsas Səhifə / Ölkə

Şaxta babadan meriyaya müraciət

16-12-2015, 15:40
Şaxta babadan meriyaya müraciətBu gündən başlayaraq Bakıda Yeni İl bayramı günlərində Şaxta Baba kimi işləmək istəyən şəxslərə lisenziyalar veriləcək.

Xeberman.com-un xəbər verir ki, bu barədə azvizion-a Bakı Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, bu günə kimi 7 nəfər Şaxta baba işləmək üçün ərizə təqdim edib: “Hazırda onların müraciətlərinə baxılır. Bəzən elə yerlər olur ki, onlara Şaxta baba kimi həmin ərazidə işləməyə icazə verə bilmirik. Bulvar ərazisinə icazəni Bakı şəhər İcra Hakimiyyəti vermir. Çünki Bulvarın öz ərazisi və ayrıca idarəsi var. Məsələn, bir neçə il bundan öncə bir nəfər müraciət etmişdi ki, nazirlikdə Şaxta baba kimi işləmək istəyir. Təbii ki, biz ona icazə vermədik”.

Departament sözçüsü əlavə edib ki, Şaxta baba və Qar qız olmaq istəyən şəxslər 60 manat dövlət rüsumu ödəməlidirlər.

Şaxta baba və Qar qızı olmaq üçün müraciət edənlərin psixoloji və sağlıq durumunun yoxlanılmasına gəlincə, Əliabbas Bağırov bildirib ki, onlar heç bir müayinədən keçirilmirlər: “Uzun illərdir həmin şəxslərlə işləyirik. Onların böyük əksəriyyətini tanıyırıq və bilirik ki, belə bir problem yaşanmaz. Həm də onların üzlərinə baxanda, iki kəlmə söz danışanda bilirsən ki, həmin adam xəstədir, və ya psixologiyası necədir. Təbii ki, xəstə adamlara icazə verilmir”.

İcra hakimiyyətinin rəsmisi onu da qeyd edib ki, Şaxta baba işləmək istəyənlərin çoxu orta yaşlı insnalardır: “Soyuq havada yaşlı insanlar belə xidmət göstərə bilməzlər. Amma bir neçə il bundan öncə, Bəkir Bəkirov adlı 65 yaşlı şəxs Şaxta baba kimi işləmək üçün müraciət etmişdi. Biz də ona razılıq verdik. Əvvəlki kimi maraq qalmayıb. Bir neçə il bundan əvvəl 50 nəfər müraciət etmişdi. Keçən il bu müraciətlər 30-a kimi azaldı. Bu sahəyə marağın azalması ilə yanaşı qazanc da qalmayıb”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]