Əsas Səhifə / Xəbərlər

Natiq Əliyev "ExxonMobil" Azərbaycan üzrə baş meneceri Elister Maklidin (Alistair MacLeod) heyətini qəbul edib - FOTO

26-07-2016, 18:57

Natiq Əliyev "ExxonMobil"  Azərbaycan üzrə baş meneceri Elister Maklidin (Alistair MacLeod)  heyətini qəbul edib - FOTO
Energetika Nazirliyinin mətbuat xidmətindən Xeberman.com 
- a verilən məlumata görə, Azərbaycanla enerji sahəsində əməkdaşlıq əlaqələrinin "ExxonMobil" üçün mühüm rol oynadığını vurğulayan E.Maklid fəaliyyət müddətinin başa çatması barədə məlumat verərək, yeni baş menecer vəzifəsinə təyin olunmuş Jan Eyc Hanseni təqdim edib.

Görüşdə "ExxonMobil”in Azərbaycan layihələrinə yeni menecerin rəhbərlik etdiyi dövrdə də əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə əminlik ifadə olunub, Azərbaycanda fəaliyyət göstərən ilk beynəlxalq neft və qaz şirkətlərindən biri kimi "ExxonMobil”in keçdiyi tarixi yola nəzər salınıb, "Azəri-Çıraq-Günəşli” layihəsində" 8% paya malik şirkətin enerji əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.

"ExxonMobil”i etibarlı tərəfdaş kimi dəyərləndirən Natiq Əliyev bildirib ki, şirkət təkcə enerji layihələri ilə deyil, həm də iştirak etdiyi müxtəlif sosial proqramlarla mühüm nailiyyətlərə imza atıb.

Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə tam əməl olunduğunu qed edən energetika naziri bundan sonrakı dövr ərzində də "ExxonMobil”in təcrübəsi və imkanlarından bəhrələnməyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə mümkün perspektivlər müzakirə edilib, yeni menecerə fəaliyyətində Azərbaycan tərəfindən dəstək ifadə olunub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]