Ölkə

“Hilal Agro” da Nurçulara aid imiş - CEM ƏRSOYUN 1.5 MİLYON MANATLIQ MAXİNASİYANIN PƏRDƏARXASI Facebook

26-07-2016, 14:32

Xatırladaq ki, təxminən bir müddət öncə 7News.Az informasiya portalında "Hilal Agro” şirkətindı baş verən maliyyə cinayətləri barədə yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, zaman-zaman 7News.az redaksiyasına müxtəlif şirkətlərdə baş alıb gedən özbaşınalıqlar, maxinasiyalarla bağlı şikayət dolu yazılar daxil olmaqdadır. Biz də öz növbəmizdə yazıları təhlil edilir, faktların düzgünlüyünü yəqin etdikdən sonra saytımızda dərc edirik. Saytımıza daxil məlumatlardan biri də "Hilal Agro” şirkəti ilə bağlıdır.

Əvvəla qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlamış "Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkət hesab olunur. Məsələ burasındadır ki, şirkət həm də zaman-zaman mediada müxtəlif maliyyə maxinasiyalarının ünvanı kimi tanınır. Şirkətdən gələn şikayətlərin böyük əksəriyyəti də məhz iri sahibkarların şirkətin işinə cəlb edilməsi yolu ilə onların külli miqdarda vəsaitlərinin mənimsənilməsi ilə bağlı olub. Şirkət mətbuatın gündəmini təəssüflər olsun ki, bu kimi problemlərlə zəbt edir. Redaksiyamıza daxil olan şikayəti təqdim edirik.

Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir qisminin istifadə olunmasını bildirsələr də, yerdə qalan 293 min manatın yoxa çıxdığını bildiriblər.

7News.az-a bu barədə məlumat verən Məmmədov Qaşqay artıq 7 aydır ki, 293 min manatın geri qaytarılmadığını dilə gətirib. Onun sözlərinə görə, şirkətin rəhbəri Əhmədov Viləş pullarla bərabər yoxa çıxıb. Hüquq mühafizə orqanına şikayət etmələrinə baxmayaraq ortada heç bir nəticə yoxdur.

Xatırladaq ki, Məmmədov Qaşqay pulu Məmmədov Ələsgər və mühasib Sərdar və icraçı direktor Zaurun yanında bu vəsaiti Əhədov Viləşə verib.

 

BİR MÜDDƏT SONRA BAŞQA SƏPKİDƏ XƏBƏRLƏR YAYILDI

 

Belə ki, Cem Ərsoy adlı iş adamı 300 min manatlıq dələduzluqda təqsirləndirildi.Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı tutulub. Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunmuş Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Cem Ersoy Selçuk ötən gün Heydər Əliyev Aeroportunda Azərbaycana gələrkən saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, Cem Ersoy Selçuk Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 300 min manatlıq dələduzluqda təqsirləndirilir. 

 

HADİSƏLƏR DAHA DA CİDDİLƏŞİR: ŞOK STATİSTİK RƏQƏMLƏR

 

Bütün bu olaylardan sonra redaksiyamıza daha ilginc statustik məlumat daxil olub. Məlumatda şirkətin qurbanlarının kimliyi və itirdikləri maliyyə qeyd olunub.

Cem Ərsoy adlı iş adamının maxinasiyasına görə aşağıda adları çəkilən şəxslər külli miqdarda vəsait itiriblər

  1. Mustafa Məmmədov  - 470 min manat
  2. Qaşqay Məmmədov – 318 min manat
  3. Mustafa Uzunquşlaq – 200 min manat
  4. Teymur Quliyev – 582 min manat
  5. Kamran Aşurbəyov – 37 min manat
  6.  Arif (çörəkçi) – 2800 manat

 

Məlumatda o da qeyd olunur ki, Cem Ərsoy hal-hazırda gizlənib. Məsələ ilə bağlı Sabunçu rayon polis bölməsi də məlumatlıdır. Bundan başqa cinayətlə bağlı Sabunçu rayon məhkəməsi qərar qəbul edib. 

Redaksiyamıza "Hilal Agro” şirkəti və Cem Ərsoyla bağlı daha bir ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, Cem Ərsoy Fətullah Gülənə yaxınlığı ilə seçilib və şirkət də birbaşa nurçuların nəzarətində olub. Türkiyədə baş verən son olaylardan sonra FETO çeteinin Azərbaycanda da irimiqyaslı maliyyə maxinasiyaları etdikləri üzə çıxıb. "Hilal Agro” şirkəti də məh bu kimi planların tərkib hissəsi olub. 

Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]