Əsas Səhifə / İqtisadiyyat

Yazılan yazıların heç bir əsası yoxdur

22-10-2014, 20:04
Yazılan yazıların heç bir əsası yoxdur
"Şirvan OİL"a qarşı deyilən iddialar əsassızdır Ötən gün bir neçə kütləvi informasiya vasitələrində "Şirvan OİL" Neft Şirkəti ilə bağlı xoşagəlməz və həqiqətə uymayan yazılar dərc olunmuşdu. Yazı qeyd olunurdu ki, şirkətə məxsus olan texnikalar yarasız vəziyyətdədir və işçilər savadsız hatta aidiyyatı olmayan sahələrdə işləyirlər. Bundan başqa məlumatda qeyd olunurdu ki, texnikalara lazım olan ehtiyyat hissələri başqa şirkətlərdən baha qiymətə alınır və sənəd üzərində böyük yeyintilərə yol verilir. Bununla yanaşı bildirilirdi ki, şirkətin sürücüləri guya texnikaya aid olan hissələri öz şəxsi vəsaiti hesablarına alır. Hətta şirkət işçilərinə qarşı işdən kənarlaşdırılacağı hədə-qorxusu gəlindiyi məlumatlarda dərc olunmuşdu. Bu və digər məsələləri yerindəcə araşdırmaqdan ötrü Xalqxeber.Az-ın əməkdaşları adı qeyd olunan şirkətin bir qurup işçiləri ilə həmsöhbət olublar. Söhbət zamanı əməkdaşlarımıza qeyd olunub ki, mətbuatda yazılan yazılar heç bir həqiqətə sığmır və əsassız iddialardır ki, irəli sürülüb. Belə ki, şirkətimizə 20-yə yaxın texnika alınıb. Şirkətin işçiləri çox savadlı və işgüzardır. Dediklərimizi onunla sübut edə bilər ki, 8 işçi Rusiyada, 50-yə qədər işçi isə Azərbaycanda təhsil alır. Bu gün texnikalarımızın səliqəli və təmiz olması üçün şirkət tərəfindən avto yuma sexi tikilib istifadəyə verilib. Şirkət rəhbərliyinin uzaqgörənliyinin sayəsində yeni yanacaq doldurma məntəqəsi tikilir və yaxın günlərdə istifadəyə veriləcək. Bundan başqa rəhbərlik texnikalarımızın təmiri üçün müasir üslubda avto təmir sexi tikib biz sürücülərin istifadəsinə verib. Hətta nəzərinizə onu da çatdıraq ki, heç bir şirkətdə olmayan bir ilkə imza atılıb. Belə ki, avtomobillər üçün yeni qazanxana tikilir və bu da qış mövsümündə sürücülərin maşının qızdırlmasında əziyyət çəkməmələrinə görədir. Saymaqla bitməyən uğurlarımız vardır, yadımıza düşmüşkən onu da bildirək ki, bu gün şirkətimizdə ehtiyyat hissələri üçün baza yaradılmışdır. "Şirvan OİL" Neft Şirkətinin işçiləri bütün rəhbərlikdən razıdır. Bir neçə nəfərin sözü ilə bu şirkətə qara yaxmaq olmaz çünki burada insanlar çörək pulu qazanıb ailələrini dolandırırlar. Bu qədər görülən əvəzolunmaz işlərə kölgə salmaq dövlətə və xalqa düşmənçilik siyasətidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]