Ölkə

"Manqalüstü" restoranından uzaq durun - ŞOK MAXİNASİYA+FOTOFAKT

2-02-2016, 00:21

"Manqalüstü" restoranından uzaq durun - ŞOK MAXİNASİYA+FOTOFAKT  Zaman-zaman Bakıda fəaliyyət göstərən bir çox restoranların maxinasiyaları ilə bağlı 7News.azsaytının redaksiyasına ilginc məlumatlar daxil olur. Məlumatların konkret fakta əsaslandığına əmin olduqdan sonra redaksiya olaraq dərcinə qərar veririk.

Bu dəfə redaksiyamıza Bakının Nizami rayonunda fəaliyyət göstərən dördmərtəbəli "Manqalüstü" restoranı haqqında fotofaktla birlikdə məlumat daxil olub. Qısa araşdırmamızdan sonra məlum oldu ki, bu maxinasiya ilə bağlı social mediada da gərgin müzakirələr gedib. Məlumatda qeyd olunur ki, restoran kifayət qədər müştəri bolluğundan sui istifadə edərək qiymətləri fantastic həddə təyin edir. Hətta iş o yerə çatır ki, yeməklə birlikdə stola gətirilən çörək belə 5 dəfə artıq qiymətə müştəriyə satılır. Fotodan da aydın görürsünüz ki, müştəri kifayət qədər qida sifariş verməsinə baxmayaraq 3 çörək 6 manata qəbzə daxil edilib.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev ölkədə turizm xidmətlərinin müasirləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və süni qiymət artımının qarşısının alınması ilə bağlı müvafiq strukturlar qarşısında dəfələrlə məsələ qaldırıb. Görünən odur ki, iri restoran sahiblərinin qiymət hərisliyi ucbatından ölkəmiz turizm qiymətləndirilməsində ən bahalı ölkələr sırasındadır.

Qeyd edək ki, "Manqalüstü" restoranı ilə bağlı redaksiyamıza daha bir neçə foto və video fakt daxil olub.  Faktlar öz təsdiqini tapdığı təqdirdə saytımızda ən tez bir zamanda dərc edəcəyik.

 7News.az


Administratorla əlaqə

077 611-55-22

[email protected]