Ölkə

İcra başçısı xalası oğluna vətəndaşı döydürüb - Tərtərdə su qalmaqalı

23-07-2016, 00:13

Dünən Tərtər Rayonun Dəmirçilər kəndində uzun zamandır ki, su üzünə həsrət qalan kənd sakinləri aksiya keçirib.

Bu barədə gununsesi.info-ya adıçəkilən kəndin sakinləri məlumat verib. Məlumatda bildirilir ki, may ayı daxil olandan kənd əhalisi nə içməli, nə də suvarma suyunu normal əldə edə bilir.

Aksiyaya müdaxilə edən polis qüvvələri kənd sakinlərini təhqir edərək, oradan uzaqlaşdırıb. Sakinlərdən Natiq İsmayılov isə ən çox polis zorakılığına məruz qalıb. Belə ki, aksiyadan xəbər tutan icra başçısı Müstəqim Məmmədova aksiyanın təşkilatçısı kimi Natiq İsmayılov adlı sakinin adını veriblər. O, da öz növbəsində polis rəisinin müavini işləyən xalası oğlu Əfqan Qurbanova zəng edərək, Natiq İsmayılovu həbs etməsini tələb edib. Xüsusi, zorakılıqla həbs olunan Natiq İsmayılov polisə aparılıb və orada fiziki zorakılığa məruz qalıb.

Bir neçə saatdan sorna sərbəst buraxılan Natiq İsmayılova icra başçısının adından xəbərdarlıq edilib.

Haqsız yerə döyülərək, həbs olunan Natiq İsmayılov DİN rəhbəri Ramil Usubova şikayət edəcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]