Əsas Səhifə / Gündəm / Siyasət / Kriminal

Nardaran ağsaqqalları toplaşır: yekun qərar veriləcək

29-11-2015, 10:50
Nardaran ağsaqqalları toplaşır: yekun qərar veriləcək

Bu gün saat 15:00-da Nardaran ağsaqqallarının toplantısı keçiriləcək.

Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

N.Kərimovun sözlərinə görə, toplantıda baş verən hadisə ilə bağlı yekun qərar veriləcək və bu qərar bütün kənd camaatı tərəfindən icra ediləcək.

Qeyd edək ki, noyabrın 26-da dindarlarla polis arasında baş verən silahlı toqquşma zamanı ikisi polis əməkdaşı olmaqla, yeddi nəfər dünyasını dəyişib.

Dindarların meyiti hələ də ailələrinə təhvil verilmədiyi üçün Nardarandakı meydanında kənd camaatı tərəfindən postlar qurulub. 3 gündür ki, meydana toplaşan kənd sakinləri meyitlərin ailələrinə verilməsini tələb edirlər.

Bu toplantıda meydanın boşaldılması və bu addımla da meyitlərin ailələrinə geri qaytarılmasının təmin edilməsi üçün qərar qəbul ediləcəyi gözlənilir.

İlkin Muradov,
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]