Gündəm

Goranboy İcra Hakimiyyətinin başçısı müavini ilə bacarmır?

23-03-2016, 16:29
«Mən icra başçısının müavinini oğluyam, istədiyimi də edə bilərəm»

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Zərdab rayonunda skandal yaşanıb. Belə ki, skandala səbəb Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin İsmayılovun oğlu olub.

Bolgexeber.com xəbər verir ki, İsmayılovun oğlu Zərdab rayonunun Alıbəyli kəndindəki qohumlarının evinə qonaq gəliblərmiş. Kəndin içində yüksək sürətlə maşın sürən icra başçısının müavinini oğlunu bir neçə cavan oğlan saxlayıb. Onun kim olduğunu soruşublar və niyə belə etdiyini, bunun təhlükəli olduğunu diqqətinə çatdırıblar.

Bolgexeber.com-a daxil olan məlumatda vurğulanır ki, gənclərdən Elçin Umurovun hərəkətləri, xüsusən də onu sorğu-suala çəkməsi müavinini oğlunun xoşuna gəlməyib. Və o, «Mən icra başçısının müavinini oğluyam, istədiyimi də edə bilərəm» deyərək, onunla əlbəyaxa olub. Nəticədə dava-dalaş yaşanıb. Hadisə yerinə polis çağıran cavanlar icra başçısının müavinini oğlunun hərəkətlərinə hüquqi qiymət veriləcəyini gözlədikləri halda, iş tərsinə çevrilib. Belə ki, polis dava-dalaş salan müavin oğlunu deyil, Elçin Umurovu saxlayaraq, onu həbs edib.
BTV-nin əməkdaşları məsələ ilə bağlı Goranboy İcra Hakimiyyəti ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışıblar. BTV-nin əldə etdiyi məlumatda bildirilir ki,hadisədən sonra məsələ ilə bağlı icra hakimiyyətinə çoxsaylı zənglər olub və icra başçısı müavinini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin İsmayılovu yanına çağıraraq soruşub ki, bu nə məsələdir. Elçin İsmayılov isə bildirib ki ,bu onun şəxsi işidir və bu məsələdə geri çəkilmək niyyətində deyil, oğlunu sorğu-sual edənləri də cəzalandıracaq. Lakin BTV-nin əməkdaşlarına verilən digər məlumata görə Elçin İsmayılovun oğlu artıq polis şöbəsinə gələrək barışıq ərizəsi yazıb.
Bolgexeber.com 

Administratorla əlaqə

077 611-55-22

[email protected]