Ölkə

İlham Əliyevə generaldan şikayət

17-07-2016, 03:59
Cəbrayıl Usubov MTN-nin əlilə vətəndaşı həbs edərək torpağını mənimsəyib?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Alik Rəhimxanov ölkə başçısı Ilham Əliyev, Avropa Şurası Parlament Assambleyası sədri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Azərbaycanda Insan hüquq-azadlıqlarının müdafiəsi ilə məşğul olan bütün QHT rəhbərləri və "Azadlıq” qəzetinə müraciət edib.

Alik Rəhimxanov yüksək səlahiyyət sahibləri olan məmurların sifarişinə əsasən, 31.03.2015-ci il tarixdə ibtidai istintaq və məhkəmə istintaqının aparılmadığını deyir:


"Mənə məxsus 32 hektar torpaq sahəsinin məndən zorla almaq faktı, bunun hər üç instansiya hakimləri tərəfindən araşdırılmaması, işə baxan məhkəmələrin iş üzrə həqiqəti aşkara çıxarmaq istəmədiyi qərarda qeyd edilib.

Məhkəmə kollegiyası qərarda qeyd edib: "Işin hallarından görünür ki, Alik Rəhimxanov tutulandan 5 gün sonra polis əməkdaşları Qusar rayonu Mucuq kəndindəki fərdi yaşayış evində axtarış aparıb. Oradan 22.40 qram marixuana və 7,62 mm kalibrli avtomat silahdan istifadə etmək üçün nəzərdə tutulmuş bir ədəd patron aşkar edilərək götürülüb.

Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya Məhkəməsi işin digər hallarıyla yanaşı, bu halı da diqqətlə araşdırmalı, Alik Rəhimxanov tutulduqdan, yəni 5 gün sonra onun evində özü və ailə üzvlərinin iştirakı olmadan aparılan axtarış nəticəsində marixuananın və bir ədəd avtomat patronunun həqiqətən ona məxsus olması müəyyən olunmalıdır. Qeyd edilir ki, mənə aid edilən bir ədəd avtomat patronunun məhkum edilmiş şəxs tərəfindən əldə edilməsinin məqsədi aparılan istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilməyib. Bu barədə olan sübut yalnız axtarış zamanı iştirak etmiş polis əməktaşlarının ifadələri olub. Bildirilib ki, istintaq məhkəmə araşdırmaları zamanı istinad edilən cinayət əməlləri törətməkdə özümü təqsirli bilməmişəm və iş üzrə ifadə verməkdən imtina etmişəm. Lakin işə baxan hakimlər bunun səbəbini aydınlaşdırmayıb və iş üzrə obyektiv araşdırma aparmayıb. Nəticədə iş üzrə təkzibedilməz nəticəyə gəlməyib.

"AK-47″, ”AKM”, "AKS”, "AKMS” konstruksiylı silahlarda istifadə etmək üçün nəzərdə tutulan patronlar mənə göstərilən silahlarda aşkar edilməyib. O zaman bu patronu harada və necə istifadə edə bilərdim? Birinci və Apellyasiya Məhkəmələri bu məqamlara aydınlıq gətirmədiyindən çıxarılmış məhkəmə hökmünü əsaslı hesab etmək olmaz.

Məhkəmə onu da qeyd edir ki, cinayət işinin materiallarından istintaq orqanı tərəfindən ittiham aktının surətinin mənə təqdcim edilmədiyi görünür. Hazırda istintaq orqanı tərəfindən mənə qarşı irəli sürülən ittiham aktının surəti təqdim olunmayıb və işə baxan məhkəmələr bu kobud qanun pozuntusuna heç bir münasibət bildirməyib.

Konstitusiyanın 152-ci maddəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa, CPM-nin 349.3 maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hökmü Konstitusiyanın cinayət və digər qanunlarının tələblərinə riayət etməklə çıxarıldıqda qanuni hesab edilir.

Birincisi, sözügedən mənzil qardaşıma məxsusdur və o öz ailəsi ilə həmin evdə yaşayır. Bütün kənd bilir və təsdiq edə bilər ki, həmin evdə mən və ailə üzvlərim yaşamır. Qızlarım Bakıda, oğlum isə xarici dövlətdə yaşayır. Həyat yoldaşım Şəhla Əfəndiyeva isə məktəbdə müəllimədir. Evin mənə məxsus olduğu və orda yaşamağımız ehtimal edilirdisə, həyat yoldaşımın axtarışda iştirakı niyə təmin edilməyib?

IHB-nin nümayəndəsi Məhəmməd Novruzov tərəfindən məhkəməyə verilən arayışda da qeyd edilib ki, Alik Rəhimxanov ailəsinə və özünə məxsus "Pilerona” sahəsindəki "Vaqon” evdə yaşayıb. Arayışda və ittiham aktında prokuror tərəfindən təsdiq olunmuş rəsmi sənədlə təsdiq olunur ki, ev mənə məxsus deyil və ailəmiz orda yaşamır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin "ittiham aktı”nın general oğlu Cavid Usubovun sifarişinə əsasən təsvir edilməsi, həmən işə əlavə edilmiş "audi” səs yazısı olan diskdəki faktlarla öz təsdiqini tapır. Hər üç instansiya hakimləri işə xitam verib mənim barəmdə bəraət hökmü çıxarmaq istəmir.

26 fevral 2016-cı il tarixli məktubda Ombudsman aparatının rəsmisi Aydın Səfixanlı hüquqlarımın pozulması barədə Konstitusiya məhkəməsinə rəsmi məlumat verib. Lakin Konstitusiya məhkəməsi həmin müraciəti cavabsız saxlayıb. Bu isə hüquq və azadlıqlarımın kobud şəkildə pozulmasının sübutudur.

Qusar rayon məhkəməsinin general oğlunun sifarişinə əsasən icra etdiyi hökm Azərbaycan dövləti və məhkəmələrə vurulmuş qara ləkədir.

Mən 2008-ci ildə Qusar rayon məhkəməsinin adamına ( həmin şəxsin adını istintaqda bildirəcəyəm) 62 nəfər təsərrüfat başçısından aldığım torpaq sahələrini rəsmiləşdirmək üçün müraciət etmişəm. Bu işə görə 24800 manat nağd pulu məhkəmənin adamına vermişəm. 2010-cu ildə mənə bəlli olub ki, Qusar rayon hakimi Tofik Məmmədov tərəfindəki icra olunmuş qətnamə saxtadır və Qusar məhkəməsindən qeydiyyatdan keçməyib. Hakim Tofik Məmmədovun saxta qətnamələr çıxarması faktı sonradan bəlli olub. Hakimin açıq şəkildə törətdiyi əməl 08 sentyabr 2015-ci il tarixdə "ANS”də ictimailəşdirilsə də, Ali Məhkəmə sədri, baş prokuror və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi susublar.

Hakim Tofiq Məmmədovun fəaliyyəti mütləq araşdırılıb yoxlanılmalıdır. Təkcə Dövlət Mülkiyyəti haqqında dövlət aktlarını ( Qusar , Quba, Xaçmaz) yoxlatdırsanız, onun saxta qətnamələr çıxarmaqla külli miqdarda rüşvət almasının şahidi olarsınız.

Qeyd etdiyim faktlar barədə bütün orqan rəhbərlərinə, hər üç instansiya hakimləri və Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova məlumat verməyimə baxmayaraq, nədənsə bu ağır cinayət hadisəsinin səbəbkarı Tofiq Məmmədov barədə heç bir tədbir görülmür.

Cənab prezident! Mən general Cəbrayıl Usubovun həyat yoldaşını tanımıram və onunla heç vaxt görüşməmişəm. Mənə məxsus torpaq sahəsinin (31,18 hektar) kimlərin hansı yolla onun adına keçirməsi hallarını araşdırmağı xahiş edirəm.

Ali Məhkəmənin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarlarını ləğv etməsinə baxmayaraq, həmin qanunsuz qərarlar qəbul edən hakimlər barədə heç bir tədbir görülmür.

Cənab Prezident! Sizə etdiyim bütün müraciətlər Baş Prokurorluğun DIMI-nin rəisi müavini Mürvət Həsənova, Ali Məhkəmənin əməkdaşı Kimma Ağayeva, aparat rəhbəri və onun müavini tərəfindən arxivə atılmaqla heç bir araşdırma aparılmadan saxlanılır. Məmurların məni MTN-nin əməkdaşı tərəfindən həbsə atdırmaqda əsas məqsədi məhbəsdə işgəncə yolu ilə fiziki cəhətdən məhkum etmək niyyətidir.

Mənim əməlimdə heç bir cinayət tərkibi yoxdur. 22.10.2014-cü il tarixdə mənimlə əlaqədar heç bir cinayət hadisəsi baş verməyib. Belə ki, MTN-nin əməkdaşı Novruz tərəfindən həbsə alınıb 5 gündən sonra qardaşımın evində axtarış apartdırılması, axtarışdan mənim və ailə üzvlərimin xəbəri olmaması, mənim və vəkilimin iştirakı olmadan barəmdə qanunsuz həbs qətimkan tədbiri seçilməsi, qərarın bugünə kimi verilməməsi, vəkilimin iştirakı olmadan, mən Şüvəlanda ola-ola, guya iştirakımla 11 fevral 2015-ci il tarixdə məhkəmə prosesinin aparılması, istintaq materialları ilə tanış etməməsi və s. Azərbaycan məhkəmə sisteminin korrupsiyaya qurşanması və vətəndaşların hüquq-azadlıqlarının kobud şəkildə pozulması 31.03.2016-cı il tarixli qərarda öz təsdiqini tapıb”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]