Siyasət

Türkiyə Suriya ilə bağlı mövqeyini dəyişir:Ərdoğan Əsədlə saziş bağlamaq istəyir

8-07-2016, 20:53
Türkiyə Suriya ilə bağlı mövqeyini dəyişir:Ərdoğan Əsədlə saziş bağlamaq istəyir

"Ankara Suriyadakı siyasətini dəyişir. Türkiyə Dəməşqlə saziş bağlamaq niyyətindədir”.

Xeberman.com  bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Vətən” qəzetində dərc olunmuş  Rusiya Türkiyə yaxınlaşmasına dair  təhlilində qeyd olunub.

Qəzetin yazdığına görə, Türkiyə Suriyadakı planlarının boşa çıxmasından sonra bu ölkə ilə bağlı  siyasətini dəyişmək qərarına gəlib: "Rusiya ilə yaxınlaşmadan,  İsraillə sazişdən  sonra Türkiyənin siyasi dairələrində Suriya böhranının  həlli üçün Ankara, Moskva və Vaşinqton arasında strateji  müqavilənin bağlanmasına hazırlıq getdiyi barədə məlumatlar sızır”.

Təhlildə qeyd olunur ki,  İŞİD-in Türkiyədəki hücumlarının artması, PKK-nın əməliyyatlarının şiddətlənməsi, Türkiyə ərazisində sabitliyin pozulması  ölkənin hərbi elitasında etirazların yüksəlməsinə səbəb olub.

Odur ki, hakim Ədalət və İnkişaf  Partiyası Suriya böhranı ilə bağlı mövqeyini  yenidən nəzərdən keçirməyə məcbur olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]