Siyasət

Ərdoğan Suriya qaçqınlarına niyə vətəndaşlıq vəd edir?

3-07-2016, 21:12

"The Financial Times” qəzeti yazır ki, Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Suriya qaçqınlarına vətəndaşlıq vermək istəyir.

Məqalədə deyilir ki, prezidentin qaçqınlara bu təklifi nəinki ölkə daxilində ictimai fikri haçalaya, hətta Brüssellə Ankara arasında miqrant sazişinin icrasını mürəkkəbləşdirə bilər.

Ərdoğan bu barədə ölkənin cənubunda yerləşən Kilis şəhərində etdiyi çıxışında deyib.

Prezident deyib ki, Türkiyə Daxili İşlər Nazirliyi Suriya qaçqınlarına vətəndaşlıq təklif etməyə hazırlaşır.

"Bu gecə mən qardaşlara və bacılara yaxşı bir xəbər vermək istəyirəm, – deyib Ərdoğan iftar yeməyində, – Mən inanıram ki, qardaş və bacılarımızın arasında Türkiyə Respublikasının vətənadaşı olmaq istəyənlər var. Türkiyə sizin evinizdir”.

Cənab Ərdoğan bu təklifin hazırda Türkiyəyə sığınmış 2,7 milyon suriyalının hamısına aid olub-olmadığını dəqiqləşdirməyib.

Bundan əvvəl Türkiyə bəyan etmişdi ki, əgər iş sahibləri xərcləri öz üzərlərinə götürsələr, iş tapan suriyalılara əməkçi icazəsi veriləcək.

Türkiyə hökumətinin bir rəsmisi bildirib ki, prezidentin təklifi hələlik niyyətdir və hökumət bu istiqamətdə müəyyən işlər görür.

Narahatlıq

Ərdoğantənqidçiləri deyirlər ki, suriyalılara vətəndaşlıq verməklə prezident qarşıdakı seçkilərdə hakim partiyanın elektoratını genişləndirmək istəyir

"The Financial Times”yazır ki, cənab Ərdoğanınçıxışı Türkiyə ilə Avropa İttifaqı arasında miqrant axınına dair imzalanmış saziş üşün müəyyən çətin suallar yaradır.

Məsələ burasındadır ki, Avropa İttifaqı Türkiyəyə miqrant axınının dayandırılması müqabilində ölkə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi üçün icazə verməlidir.

Məqalədə deyilir ki, Türkiyə ilə imzalanmış bu sazişin icrası üçün Avropa İttifaqı Ankaradan ölkənin yeni antiterror qanununun ləğv edilməsini tələb edib.

Bu güzəşt edilmədən Türkiyəyə Şengen zonasına giriş verilməsi perspektivi suallar doğurur.

İndi isə Ərdoğanınbu çıxışı Avropa İttifaqı liderlərinin ciddi narahatlığına səbəb olacaq. Belədə suriyalı adı ilə, Avropaya İslam Dövləti adlanan təşkilatın əməliyyatçıları da soxula bilər.

Erdoğan üçün 1 milyonluq elektorat

Öz ərazisində rekord sayda Suriya qaçqınına sığınacaq verən Türkiyə indiyədək Avropa liderlərini öz ölkələrinin qapılarını Suriya qaçqınlarının üzünə bağlamaqda ittiham edib.

"The Financial Times” yazır ki, Türkiyədə düşərgələrdən kənarda yaşayan çox sayda suriyalı iş axtarır, habelə səhiyyə və təhsil müavinətləri almağa çalışırlar.

Məqalədə deyilir ki, yüz minlərlə suriyalı tarlalarda və fabriklərdə qanunsuz istismar edilir.

Onları normadan artıq saatlarla işlədir, lakin minimum əməkhaqqından qat-qat az məvacib verirlər.

"The Financial Times” yazır ki, suriyalılara tam vətəndaşlıq verilməsi Türkiyədə onların vəziyyətini yaxşılaşdıra bilər.

Bununla belə, prezident Ərdoğanıntəklifinin geniş ictimaiyyət və onun opponentləri tərəfindən əsəbiliklə qarşılandığı deyilir.

Ərdoğanıntənqidçiləri deyirlər ki, Suriya qaçqınlarına vətəndaşlıq verməklə prezident qarşıdan gələn seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının elektoratını genişləndirmək məqsədi güdür.

Müxalif CHP-dən olan millət vəkili Ərdoğan Toprak Hurriyet qəzetinə deyib ki, Suriya qaçqınlarına vətəndaşlıq verilməsi 2019-cu il seçkilərində hakim AKP üçün əlavə olaraq 1 milyon seçici yaradacaq.

Analitiklər deyirlər ki, Suriya qaçqınlarının Türkiyəyə sığınması artıq bu ölkənin iqtisadiyyatına 3 milyon əlavə istehlakçı verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]