İqtisadiyyat

Məmurların pulları təhlükədə

29-06-2016, 17:46

Əhaliyə aşağı faizlə ipoteka təklif edilməsinin pərdəarxası.

Maliyyə böhranının dərinləşməsinə baxmayaraq bəzi tikinti şirkətləri əhaliyə 5, 10, 20 illiyə aşağı faizlə ipoteka təklif edirlər.

Azadliq.info verdiyi məlumata görə, şirkətlərin bu addımı atması səbəbsiz deyil. Məlumatda bildirilir ki, maliyyə böhranı ilə Azərbaycanda tikinti sektoru çökmək üzrədir.

Mənzil bazarında durğunluq hökm sürür. Əhalinin ev almaq imkanı yox dərəcəsindədir. Bu isə həm tikinti şirkətləri, həm də bankları olan məmurları narahat etməyə bilməz. Məlumatda deyilir ki, məmurlar xüsusilə banklarından narahatdır. Qeyd edək ki, hazırda bankların əhaliyə verdiyi kreditlərin toplam məbləği 22 milyard manatdır.

Bunun 7 milyardı istehlak kreditləridir, girovsuz verilib. Yerdə qalan 15 milyard isə əsasən ev girovu ilə verilmiş iri kreditlərdir. Əhali isə artıq kreditləri ödəmək imkanında deyil. Deməli, götürülən kredit müqabilində girov qoyulan ev bankın ixtiyarına keçir. Bəs məmurlar niyə narahatdır? Narahatlıq evlərin qiymətdən düşməsilə bağlıdır. Belə davam edəcəyi təqdirdə götürülən girov qoyulan ev götürülən kreditdən qat-qat aşağı məbləğə satılacaq.

Məhz bunun qarşısını almaq üçün mənzil bazarını canlandırmaq, tikinti sektorunu böhrandan çıxarmaq gərəkir. Bu halda isə avtomatik olaraq evlərin qiymətdən düşməsinin də qarşısı alınır. Məhz bu səbəbdən böhranın dərinləşdiyi bir vaxtda tikinti şirkətləri əhaliyə ipoteka təklif edir. Bu kampaniya uğurla baş tutarsa, ən azı 5 il müddətinə evlərin qiymətində ciddi dəyişiklik olmaya bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]