İqtisadiyyat

Beynəlxalq Bank ipoteka faizini qaldırdı

11-07-2016, 20:06

Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcələrini 2% artırıb.

Xeberma.com xəbər verir ki, bank öz vəsaiti hesabına ipoteka kreditlərini əvvəlki kimi illik 8%-lə deyil, 10%-lə ayırır.

Kreditlər üzrə ilkin ödənişdə və müddətdə isə dəyişiklik edilməyib. Əvvəlki qaydada 10% ilkin ödəniş verməklə, 20 illik müddətə ABB-dən ipoteka krediti götürmək mümkündür.

Xatırladaq ki, ABB «Kristal Abşeron», «Bakı Ağ Şəhər», «Renessanse Palace», «Yeni Həyat» və s. layihələrdəki mənzillərin kreditlə satışını maliyyələşdirir.

ABB ölkənin ən böyük bankıdır. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 275 138 000 səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i fiziki şəxslərə məxsusdur. Səhmlərin bazar dəyərinin 0,07 manat ətrafında olduğu bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]