İqtisadiyyat

Bankları çöküşə aparan 3 səbəb

1-05-2016, 20:59

Bankları çöküşə aparan 3 səbəbİstiqrazlar, dollar kreditlərinə qadağa və pensiyçılara kredit verilməməsi

Məhəmməd Talıblı: «Banklara olan reputasiya bərpa olunmayana qədər problemlər özünü göstərəcək»

Maliyyə Bazarlarına Nəzarət Palatasının son zamanlar verdiyi qərarlar və fəaliyyəti ekspertlər tərəfindən birmənalı dəyərləndirilmir. Belə ki, manat istiqrazlarının yüksək faizlə dövriyyəyə buraxılması, təqaüdçilərə kreditin verilməsinə qoyulan məhdudiyyət və dollarla kredit verilməsinin bir aylıq dayandırılması bank sektoruna ciddi zərər vurur. Bankların gəlir əldə etmək imkanları ciddi şəkildə məhdudlaşdırılır. Bu vəziyyət bank sektoruna nə vəd edir və qəbul olunan qərarların hansı fəsadları ola bilər?

M.Talıblının fikrincə, digər hədəf isə, banklara verilmiş kreditlərin yığılmasındakı və ya onlar geriyə dönüşündəki yaranmış problemlərdir: «Həmin problemli kreditlər son 6 ayda 40 faiz artıb. Deməli, krediti təkcə kimlərə gəldi paylamaq yox, ödəmə qabiliyyəti olanlara kredit təminatının yaradılmasıdır. pensiyaçılara kredit verilməsinin dayandırılması təkcə monetar problem deyil, daha çox sosial problemdir. Çünki, aztəminatlı və həssas sosial qrup olan pensiyaçının istehlak krediti almasının səbəbi onun lüksü ilə bağlı deyil, minimal səviyyədə yaşamaq çətinliyi və ya birbaşa desək, dərman almaq ehtiyacı ilə bağlıdır».

M.Talıblının sözlərinə görə, pensiyaçılar hesabına yaranmış problemli kreditlərin yaranmasının başqa bir səbəbi də dövlət tərəfindən onların təmin olunmayana yüksək təminat sisteminin olmaması ilə bağlıdır: «Bütün bu addımlar ondan xəbər verir ki, kreditlərin sağlamlaşdırılması üçün müəyyən addımın atılması yalnız bank sisteminn yeni standratlarla fəaliyyətə başlaması üçün edilir. Amma vaxt gələcək ki, devalvasiya riski ilə üz-üzə qalan banklar sabit dövrdə daha çox istehlak kreditlərini satmaq üçün bundan daha ağır şərtlərlə kredit təklifləri ilə çıxış edəcək. deməli, Banklar sabit müştəri kontingentini və portfelini qoruyub-saxlamaq yox, ənənəvi müştərilərinə sərt məhdudlaşdırıcı addımlar atmaqla yeni müştəri tərkibi qazanmaq istəyir. Bunun isə nə qədər effektiv olacağını indidən söyləmək çətindir».

Xəyal

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]