Media

İkinci həyat yoldaşı axtaran müsəlmanlar üçün sayt açıldı

23-06-2016, 14:46
İkinci həyat yoldaşı axtaran müsəlmanlar üçün sayt açıldı

Böyük Britaniyada ikinci həyat yoldaşı axtaran müsəlmanlar üçün"SecondWife.com tanışlıq saytı açılıb. 

Xeberman.com "Daily Mail”ə istinadən xəbər verir.  

Saytdan hazırda 35 min nəfər istifadə edir. Saytın yaradıcısı 33 yaşlı teleaparıcı Azad Çayvaladır. O, bütün dini konfessiyaların nümayəndələrinin istifadə edə biləcəyi "Polygamy.com” saytını da yaradıb. 

Saytın artıq 7 mindən çox istifadəçisi var. 

İdeya müəllifini, hətta çoxarvadlılığa görə yeddi il həbs nəzərdə tutan cəza da qorxutmur.  

A.Çayvala ənənəvi dəyərlərin və sədaqətin tərəfdarı olduğunu, çoxarvadlılığın qadınları tənhalıqdan xilas edəcəyini söyləyib. 

Müsəlman icmasının bir çox nümayəndələri isə çoxarvadlılığın təbliğinə etirazlarını bildiriblər. 

Britaniya parlamentinin müsəlman üzvü Xalid Mahmud ikinci və növbəti arvadların hüquqi baxımdan müdafiəsiz olduğuna diqqət çəkib: 

"Bu, qadını böyük təhlükə altında qoyur, çünki o, həyat yoldaşının əmlakına haqq iddia etmək hüququnu itirir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]