Əsas Səhifə / Dünya / İslam

Gürcüstan müsəlman hərbçilərə ibadətgah açdı

6-03-2016, 21:30
Gürcüstanın Kutaisidə yerləşən hərbi hissəsində müsəlmanlar üçün ibadətgah açılıb. 
 
Axar.az xəbər verir ki, bu barədə informasiya Gürcüstan Müdafiə Nazirliyinin rəsmi saytında yer alıb. İbadətgahın açılışında Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli də iştirak edib. 
 
Qeyd edək ki, Gürcüstan hərbi hissələrində müsəlmanlar üçün ibadətgahların yaradılmasına Xidaşeli Pankissi dərəsinə səfər edən zaman əmr verib. 
 
Hazırda Gürcüstan müsəlmanlarının milli tərkibini azərbaycanlılar, çeçenlər, məshəti ürkləri, acarların və abxazların bir qismi təşkil edir. 

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]