Dünya

Fransada müsəlman qadınları restorandan qovdular

29-08-2016, 15:38
Fransada müsəlman qadınları restorandan qovdular

Yerli müsəlman icmasının üzvləri baş verənlərə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Fransada Paris ətrafında yerləşən restoranın sahibi iki müsəlman qadını restoranından qovduğu üçün irqçilikdə ittham edilib. 

Xeberman.com xəbər verir ki, bu barədə "Le Parisien” məlumat yayıb. 

Məlumata görə, hadisə Tramble-an-Fransda yerləşən "Le Cenacle” restoranında baş verib. 

Restoranın sahibi bütün müsəlmanların terrorçu olduğunu bəyan edərək iki müsəman xanımdan restoranı tərk etmələrini xahiş edib. 

Yerli müsəlman icmasının üzvləri baş verənlərə etiraz əlaməti olaraq aksiya keçiriblər, onlar hadisəyə görə üzr istənilməsini və ya restoranın ümumiyyətlə bağlanmasını tələb ediblər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]