Kriminal

Bank müdirinin həyat yoldaşı intihara cəhd etdi

24-01-2016, 07:19
Bank müdirinin həyat yoldaşı intihara cəhd etdi

Xaçmaz rayon mərkəzi xəstəxanasının nevropotoloqu Mətanət İlyasova intihara cəhd edib. Məlumatı yerli mənbə xəstəxananın cərrahı Məmmədyar Məmmədova istinadən verib. 

Xoşbəxtlikdən onun həyatını Xudatdakı həkimlər xilas edib. Qəribədir ki, intihara cəhd edən şəxs insanların əsəblərini müalicə edən həkimdir.

Bildirilir ki, 40 yaşlı Mətanət İlyasova bu gün Xudat şəhərində atasına məxsus evin hamamında venasını kəsib, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xaçmaz şəhərərində ailəsi ilə mübahisəsi olduğu deyilir.

Bildirilir ki, intihara cəhd etmiş Mətanət İlyasovanın həyat yoldaşı Fuad ilyasov hazırdada "Atabank”ın Xaçmaz filialının müdiridir. Mətanət İlyasovanın əmisi isə Xudat şəhər avtovağzalının müdiridir.(bastainfo.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]