Ölkə

Şəki məhkəməsi qanunu pozduğunu etiraf edir

10-06-2016, 23:52

Legion.az informasiya portalına  Şəki Rayon Məhkəməsinin hakimi Elçinin Mehdiyev tərəfindən məktub gəlib.

Məktubda deyilir: ""İddiaçı Məmmədova Şəbnəm İsmayıl qızı tərəfindən sizə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir”.

Belə bir məktub ayrıca olaraq Qafqaz Xəbər Agentliyinə də gəlib. Xatırladaq ki, mayın 11-də Qafqaznews.az saytında "Yaqub Mahmudovun polis qohumu dörduşaqlı ailənin dağılmasına səbəb olub?” başlıqlı yazı dərc olunmuşdu.Həmin yazı mayın 12-də  ru.legion.az -da da dərc olunub.

Biz tanınmış vəkil Abbas Atakişiyevdən xahiş etdik ki, Şəki Rayon Məhkəməsinin hakimi Elçin Mehdiyevin məktubunu şərh etsin.

"İstənilən məhkəmə iddiası cavabdehin hüquqi ünvanına göndərilməlidir. Başqa sözlə, məhkəmə yalnızQafqaz Xəbər Agentliyinin qeydiyyatda olduğu rayona göndərilə bilər”, – deyə Abbas Atakişiyev qeyd edib.

Vəkil qeyd etdi ki, məhkəmə iddiası məhz iddiaçının qeydiyyat ünvanı olan rayonun məhkəməsinə verilibsə, bu, qanun pozuntusudur.

"Mən Qafqaz Xəbər Agentliyinə tövsiyə edərdim ki, Şəki Rayon Məhkəməsinə müraciət edib, iddianı cavabdehin hüquqi ünvanına yönəltməyi xahiş etsinlər”, – deyə A.Atakişiyev qeyd edib.

Bəlkə,vəkil səhv edir, məhkəmə heç də iddianı cavabdehin hüquqi ünvanına yollamamalıdır?

Şəki Rayon Məhkəməsi sədrinin köməkçisi Rəvanə İsmayılova bizə bildirdi ki, məhkəmə iddiası ancaq cavabdehin hüquqi ünvanına göndərilə bilər.

Sənan Məmmədli

Administratorla əlaqə

077 611-55-22

[email protected]