Ölkə

Şəki odisseyası şantaj ilə məşğuldur!

30-05-2016, 14:38

Zərərçəkmiş polisləri günahlandırır.

Şəki odisseyası şantaj ilə məşğuldur!

Mayın 9-da Qafqaznews.az saytında "Şəkidə polis kapitanı qayınatanı gəlinin əliylə tutdurmaq istəyir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə Şəki sakini Həmzat Məmmədovdan sitat gətirilirdi. Onun sözlərinə görə, polis kapitanı Adil Abdulkərimov onun gəlini ilə yaxın münasibətdə olaraq ailəsini dağıdıb, daha sonra isə gəlini vasitəsiylə Həmzat Məmmədovu həbs etdirməyə çalışıb. Bu günlərdə bizə "Korrupsiya və dövlətçilik” qəzetinin araşdırma qrupunun rəhbəri Osman Məmmədov müraciət edib. Onun sözlərinə görə, bu yaxında Şəkinin Baş Şabalıd kənd sakini Fuad Lətifov şikayət edib.

"Ötən il dekabrın 5-də Fuad Lətifov Şəki şəhərində kirayə tutduğu mənzildə tanış bir qadınla birlikdə Baş Göynük kəndinin sahə inspektoru Adil Abdulkərimov tərəfindən saxlanılıb”, – deyə Osman Məmmədovkavkaznews.az-a bildirib.

Onun sözlərinə görə, Fuad Lətifovu həmin hadisədən sonra polis idarəsinə aparıblar: "Lətifov bizə bildirdi ki, ondan orda 2 min manat rüşvət rələb ediblər. O, pul verməkdən imtina etdikdə, soyadını bilmədiyim Vüsal adlı kapitan başda olmaqla, polislər Lətifovu təhdid ediblər ki, tutulması barədə yerli telekanallarda informasiya yayacaqlar. Uzun danışıqlardan sonra, rüşvətin məbləği min manata qədər azaldılıb”, – deyə Osman Məmmədov qeyd edib.

O qeyd edib ki, rüşvət aldıqdan sonra Fuad Lətiifovun işini kiçik xuliqanlıq kimi rəsmiləşdiriblər, buna görə də, sonuncu 50 manat cərimə ödəməli olub.

"Fuad Lətifov polislərin əməllərindən şikayət edib?”, – deyə soruşduq.

"Mən Şəki RPİ-nin rəsi Əbülfət Rzayevə məktub yazaraq, baş verənlər haqqında geniş söz açmışam”, – deyə O.Məmmədov qeyd edib.

Jurnalist həmkarımızın dediyinə görə, bu hadisədə adı keçən polis kapitanı Adil Abdulkərimovla bağlı başqa bir məsələ üzrə – kənarda əxlaqsız əlaqələr qurduğuna görə təhqiqat aparılır. Biz Məmmədovun sözlərində həqiqət payı olub-olmadığını müəyyən etmək üçün Fuad Lətifovla əlaqə saxladıq. Fuad Lətifov Osman Məmmədovun sözlərini təsdiq etdi: "Məni sahə inspektoru Adil Abdulkərimov və Səxafət adlı polis əməkdaşı kirayə tutduğum mənzildə saxladılar. Onlar məni polis idarəsinə gətirib, 2 min manat rüşvət istədlər. Vüsal adlı kapitan mənə dedi ki, tutulmağıma dair videosüjeti Şəki televiziyasında göstərəcəklər. Vüsal və Adil dediər ki, "əgər qalmaqal istəmirsənsə, pul verməlisən”.

Mən ailəli adamam və istəmədim ki, bu barədə yoldaşım xəbər tutsun. Nəhayət, min manatda razılaşdıq. Mən tələb olunan pulu verdim, Amma 2 ay sonra evə polisdən məktub gəldi ki, guya tanış bir qızla şəhərdə gəzərkən, qanunsuz hərəkətlər etmişəm və cərimə ödəməliyəm.Bu barədə Osman Məmmədova məlumat verdim”.

Biz qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Bu məqsədlə, Fuad Lətifovdan rüşvət istədiyi deyilən polis kapitanı Vüsalla əlaqə saxladıq. Vüsal adlı polis zabiti (bizə soyadını bildirmədi – red.) isə Fuad Lətifovun dediklərini təkzib etdi.

1462127541_13101553_10153416211817691_237929396_n-1-kopiya-1"Mən Fuad Lətifov və Osman Məmmədovu tanımıram”, – deyə Vüsal adlı polis kapitanı kavkaznews.az-a bildirdi.

"Fuad Lətifov isə bildirir ki, 2015-ci il dekabrın 5-də Adil Abdulkərimov və Səxavət adlı polis əməkdaşları onu kirayət tutduğu mənzildə qadınla saxlayıblar. Polislər hansı haqla özgənin mənzilində adam tuturlar?”, – deyə soruşduq.

"Sizə bu haqda kim danışıb? Fuad Lətifov?” – deyə Vüsal soruşdu.

"Bəli, Fuad Lətifov onu da dedi ki, sizin rəhbərliyiniz altında polislər onun videosüjetini yerli telekanalda yaymaqla təhdid edib və rüşvət istəyiblər”, – deyə qeyd etdik. "Dekabrdan 6 ay keçib. Fuad Lətifov niyə indiyə qədər şikayət etməyib?” – deyə kapitan soruşdu.

"Bu məktubu da, Məmmədovun dediyinə görə, Adil Abdulkərimovla bağlı təhqiqat işinə əlavə ediblər”, – deyə xatırlatdıq.

"Adil Abdulkərimov barədə heç bir təhqiqat aparılmır. Osman Məmmədov və Fuad Lətifovun Adillə hansısa problemləri var”, – deyə Vüsal cavab verdi.

Xatırladaq ki, müsahibənin əvvəlində Vüsal adlı polis zabiti Osman Məmmədov və Fuad Lətifovu tanımadığını demişdi.

"Bəs onun kirayə tutduğu mənzildə saxlanılması haqda nə deyirsiniz?” – deyə aydınlaşdırmaq istədik. "Belə şey ola bilməz”, – deyə Vüsal təkzib etdi. "Deməli, Fuad Lətifovu heç kim saxlamayıb və polis idarəsinə aparmayıb”, – deyə əməkdaşımız soruşdu.

"Bilmirəm. Bu çoxdan olub. Amma polis hardasa priton mənzil olması barədə məlumat əldə edirsə, bu mənzili saxlamağa ixtiyarları var. Çünki priton mənzil saxlamaq cinayətdir”, – deyə polis zabiti Vüsad cavab verdi. Söhbətin sonunda Vüsal adlı kapitan qeyd etdi ki, Adil Abdulkərimov barədə təhqiqat aparılır: "Amma bu işi Şəki RPİ yox, DİN aparır” (xatırladaq ki, bundan əvvəl, Vüsal "Adil Abdulkərimovla bağlı heç bir təhqiqat aparılmır” demişdi – red.).

Biz Adil Abdulkərimovun da fikrini öyrənməyə çalışdıq, amma təəssüf ki, adıkeçən polis kapitanı bizim sualları cavablandırmaqdan imtina etdi.

 Sənan Məmmədli

Administratorla əlaqə

077 611-55-22

[email protected]