Gündəm / Ölkə / İslam

Seyid Elman və Hacı Zülfüqardan xəbər var

8-06-2016, 11:54
Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçılar Seyid Elman Ağayev və Hacı Zülfüqar Mikayılzadədən xəbər var.
 
"Seyid Elman Ağayevin işində yenilik yoxdur və istintaqı davam edir. Səhhəti yaxşıdı , ruhiyyəsi də çox yüksəkdir", - bu sözləri İslamazeri.az-a ilahiyyatçı Elman Ağayevin vəkili Akif müəllim bildirib.
İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin vəkili də, müvəkkilinin səhhətində problem olmadığını İslamazeri.az-a münasibətində bildirib: "Zülfüqar Mikayılzadənin səhhətində problem yoxdu, yaxşıdır, ruhiyyəsi yuxarıdır. Hər kəsə salamı var."
Vəkil istintaqın davam etdiyini bildirərək "Mediada Nardaran hadisələrilə bağlı həbs olunanların istintaqının bağlanması xəbərləri həqiqətləri əks etdirmir. Yəni; Hacı Zülfüqar Mikayılzadənin istintaqı davam edir, yeni bir məlumat yoxdur.", - deyə əlavə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]