İlahiyyatçı yazar Fərhad Mirzədən xəbər var
Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı, yazar Fərhad Mirzənin ailəsi dünən 7 İyunda Kürdəxanı / Bakı İstintaq Təcridxanasında onunla görüşüb.
Bu haqda İslamazeri.az-a Fərhad Mirzənin ailəsi məlumat verib.
Məlumata görə, Fərhad Mirzənin hazırda ruhiyyəsi yaxşıdır, şikayəti və səhhətində ciddi problemi yoxdur, amma arıqlayıb; çünki, Rəcəb və Şaban aylarında oruc tutub. Hepatit xəstəliyindən müalicəsi isə davam edir.
Ailəsinin bildirdiyinə görə, Fərhad bildirib ki, öz istintaq işində dəyişiklik yoxdur, həmçinin bu haqda ona heç bir şey bildirməyiblər.
Qeyd edək ki, Fərhad Mirzə ilahiyyatçı olmaqla yanaşı jurnalistikada da fəaliyyəti olub; tv-də dini mövzulu verilişin aparıcısı, saytlarda redaktor və araşdırmaçı-yazar vəzifəsində işləyib.