Ölkə

Şəmkir səhiyyəsini uçuruma aparan səbəblər nədir?

1-06-2016, 00:00
Dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti barədə müxtəlif mülahizələr müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bu müəssisələrdə mövcud olan qiymətlərdən danışmaqla biz təbii ki, məlumatsızlığımızı etiraf etmiş olmuruq. Başqa sözlə desək, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunlardan bizim də xəbərimiz var. Amma bu yazılmış qanunlara görə belədir. Şəmkir rayonunda hər bir poliklinika və ya xəstəxananın isə bundan başqa özünün yazılmamış qanunları da mövcuddur. Həm də bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Bu gün haqqında söhbət açmaq istədiyimiz Şəmkir Rayon Mərkəzi Xəstəxanası da istisna deyildir. Son vaxtlar bu tibb müəssisəsinin fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da xəstəxananın baş həkimi Nurəddin Əhmədovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarına görə işdən azad oldu. Çox təssüf olsun ki, Nurəddin Əhmədovun yerinə gələn təzə baş həkim İbrahimov Ayaz Şükür  oğluda onun yolunu davam edir.
Şəmkir  rayonunun səhiyyə sistemində müşahidə olunan ciddi nöqsanlardan bəhs edən şikayət məktublarının ardı-arası kəsilmir. Müraciət edən rayon sakinləri, üz-üzə qaldıqları problemlərin həllini gözləməkdə, Şəmkirin  səhiyyəsinə  yeni rəhbərlik edən İbrahimov Ayaz Şükür  oğluda isə bu problemləri həlində maraqlı deyil.
Xeberman.com-un saytı olaraq, Nürədin doğturun işdən çıxma səbəbində araşdırdıq .   Mövzu ətrafında apardığımız qısa araşdırmalardan sonra öyrəndik ki, Nurəddin Əhmədov bir sıra qanunsuz işlərə qol qoyaraq dövlət büdcəsinə ziyan vurub: "Bir neçə il öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri üçün büdcədən 98630 manat pul ayrılıb. "İlkin TT" MMC-nin iştirakı ilə həyata keçirilən işlər o qədər də ürəkaçan olmayıb. Baş həkimlə əlbir olan şirkət rəhbərliyi bu məbləğin müqabilində çox zəif iş görüb. Yəni büdcə vəsaitləri mənimsənilib. Digər tərəfdən səhiyyə ocağına vaksinlərin, reaktivlərin, zərdablar və plyonkaların satın alınması prosesi də baş həkim üçün gəlir mənbəyi olub. Belə ki, "Riyad-Farm" MMC ilə bağlanılmış müqaviləyə əsasən baş həkim 89999,9 manatlıq dərman preparatları alıb. Amma o sonradan bu dərmanları rayonda fəaliyyət göstərən başqa dərman şirkətinə sataraq gəlir əldə edib". Bu səbəblərə görədə işdən çıxarılıb ümmüd edirik ki, yeni baş həkim Ayaz doğtur keçmişi müdüründən dərs alar onun yol verdiyi qanunsuz əmələri davam etdirməz işində nöqsanlara yol verən həkimləri və tibb bacılarını qısa zamanada işdən uzaqlaşdırar. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]