Ölkə

Gəncə TTY xəstəxanası özəldir yoxsa dövlət?

20-03-2016, 20:43
Gəncə TTY xəstəxanası özəldir yoxsa dövlət?
Azərbaycanda tibb xidməti keçmiş Səhiyyə naziri, korrupsiyada təqsirləndirilərək 11 il azadlıqdan məhrum edilmiş Əli İnsanovun rəhbərliyi dönəmində ödənişli əsaslara keçmişdi. O zaman Səhiyyə Nazirliyi ambulator müalicə müəssisələrində, xəstəxanalarda vətəndaşlara göstərilən tibb xidmətləri üçün vahid qiymətlər təyin etmişdi. Artıq tibb müəssisələrinin qəbul otaqlarından asılan qiymət cədvəlləri gözə dəymir. İndi bütün poliklinika və xəstəxanaların az qala şöbələrinin divarlarına Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı pullu tibbi xidmətin ləğv edilməsilə bağlı qərar vurulub. Vətəndaşlar isə deyirlər ki, bircə qərarla səhiyyədə illərdən bəri kök salmış rüşvətxorluğun kökünü kəsmək mümkün deyil.


2008 -ci il fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən bütün tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmət pulsuzdur.

Buna baxmayaraq Gəncə şəhər TTYX-nda hələdə "pullu xidmət" yığışdırılmayıb. Baxmayaraq ki, bura dövlət büdcəsi hesabına maliyələşən xəstəxanadır. 

XİA.az-a daxil olmuş məlumata əsasən xəstəxanada bütün analizlər, əməliyyatlar pulludur. Rəsmi qaydada kassaya pul ödəməsən də həkimlər "şirinlik" almadan xəstəyə yaxınlaşmırlar. 

Xəstəxanada müayinə və analizlər üçün pul tələb edilməsi faktı hər gün təsdiqlənir.

Orada müayinə və müalicə olan xəstələr də həkimlərin pul istədiklərini təsdiqləyirlər. Pulsuz heç bir xidmətdən yararlana bilmirlər. "Ən xırda müayinədən qan təhlilinə qədər, hər şeyin öz qiyməti olur", deyə xəstələr qeydedir.

Məsələ ilə bağlı TTYX-nın baş həkimi ilə əlaqə saxlamaq istəsəkdə yerində tapılmadı. 

Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyin dərc erməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]