Ölkə

Ağcabədidə 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalov işçisi ilə otaqda yaxalandı - MÜƏLLİMƏ HAMİLƏDİR

28-05-2016, 22:22
Son zamanlar rayon təhsil müəssisələrində etikadan kənar hadisələr tez-tez baş verməkdədir. 7News.az redaksiyasına həftə ərzində müxtəlif şikayət və müraciət ərizələri daxil olur. Biz də öz növbəmizdə yazının aktuallığını və faktlılığını nəzərə alıb dərcinə qərar veririk. Şamaxıdan baş verən son biyabırçı olaydan sonra Ağcabədidə bu hal təkrarlandı. Məlumat üçün qeyd edək ki, məsələ ilə bağlı Təhsil nazirliyindən və liseydən münasibət öyrənmək istəsək də cəhdimiz boşa çıxdı. Müraciəti olduğu kimi təqdim edirik:

"Ağcabədi rayonu M.F.Axundov adına şəhər 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalovun məktəb kollektivinin gözü önündə öz müəlliməsi ilə əxlaqsız hərəkətindən, eşq məhəbbət məcərasından bütün rayon camaatı və işlədiyi məktəbin müəllim, işçi və şagird kollektivi xəcalət çəkir.

Direktor otağında onları məktəbin təsərüffat müdiri görüb.

Onun eşq məhəbbət yaşadığı müəllimənin həyat yoldaşı rusiayda yaşadığından hadisədən gec məlumat tutub.

Müəllimə Tofiq Zeynalovdan hamilə qalıb, səs küy cıxmasın deyə Tofiq Zeynalov pul verib ki gedib abort etdirsin.

Lakin Təhsil Naziri Mikayıl Cabbarov Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov Tofiq Zeynalovun hərəkətlərinə göz yumub, qulaq ardına vururlar. Çünki Onların da yaxınları bu məktəbdə işləsə, uşaqları bu məktəbdə təhsil alsa bizim narahatlığımızı başa düşərlər. Artıq bu 4 cü ailədir ki Tofiq Zeynalov əxlaqsız hərəkətləri nəticəsində ailələlər dağılır. Bundan əvvəl də işlədiyi məktəblərdə bu cür hadisələr baş verib.Məktəb müqəddəs bir yerdir. Hər gün 3 saylı məktəbə girib cıxan müəllim şagird heyəti Tofiq Zeynalova və onun "Məhəbbət ilahəsi”nə nifrətlə baxırlar, onları məktəbdə görmək istəmirlər.

Zeynalovum məktəbdə eyş-işrətlə məşğul omasının səbəblərindən biri də məktəbdən yaxşı pul qazanmasıdır. Lisey adı ilə hər il rayon məktəblərinin 7-8 ci sinif şagirdlərini məktəbə gətirib X-XI sinflərdə onları aylığa çıxarıb pul almasıdır. Bir gün də olsun bu məktəbin yuxarı siniflərində dərs keçirilmir. Fənlər qeyri ixtisas müəllimləri arasında bölünür. Dərsdən kənar məşğələ və dərnəklər müəllimlərin adına yazır pulu Tofiq Zeynalova özü götürür. Eyni zamanda gözü doymayan direktorumuz Məktəb xadimələri ilə də şərikli maaş alır hər ay aldıqları maaşdan direktora hesab verirlər.

2016 cı ilin fevral-mart aylarındaTəhsil Nazirliyinin Audit Şöbəsinin əməkdaşları məktəbdə monitorinq apararkən aşağıda adları çəkilən müəllimlərin 1.Mehdiyeva Pərvin, 2.Seyidova Mehri,3. Abdullayeva Aygül, 4.Mövsümova Aygün,5.Səfərova Elvina, 6.Dostiyeva Gülbəyli, 7.Quliyeva Aynur, 8.Haqverdiyeva Gülay, 9.Həsənova Aybəniz,10.Rüstəmova Nuranə, 11.Mustafayeva Gülnar, 12.Abbasova Şəlalənin qanunsuz olaraq işə götürüldüyü, 112 saat bədən tərbiyyəsi dərsindən yalnız 48 saatı ixtisas müəllimləri arasında bölündüyü yerdə qalan dərs saatlarının isə qeyri ixtisas müəllimlərinin adına yazılaraq Tofiq müəllim tərəfindən mənimsənildiyi məlum olub.

Ancaq Tofiq Zeynalov onlara da " Xod” taparaq hər ay qanunsuz olaraq cibinə qoyduğu, Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov ilə əlbir olaraq qanunsuz olaraq işə göturdükləri müəllimlərdən qazandıqları 50000 manat puldan 10000 manat verib ki onun adı qara siyahıya düşməsin, müəllimləri qanunsuz işə götürmələri ni ört basdır edib. Tofiq Zeynalov bu gün də narahat deyil Maliyyə Nazirliyinin yoxlamalarına da "Xod” tapıb onları da yola salıb ki, (5000 manat verib)əməlləri ört basdır olsun.

Təhsil Naziri Mikayıl Cabbarov hara baxır mən bilmirəm. Mən bir qadın müəllimə kimi artıq xəcalət çəkirəm bu məktəbə getməyə.Ancaq dolanmaq üçün, ac qalmamaq üçün gedib gəlirəm. Övladlarım mənə onların sevgi məhəbbətindən danışanda utanıb yerə girirəm. Sizdən artıq dərəcədə xahiş edirəm yardım edin bizim müəllimlərə. Bizim səsimizi çıxara bilmirik barı siz bizə yardım edin. Biz bu rəzalətə dözə bilmirik. Şamaxıda olan Rəzalətdən sonra ürək edib sizə yazdım. Bu insan pulla hər bir əməlinin üstünü ört basdır edir. Belə insanlardan şagird nə tərbiyyə götürücük mən bilmirəm. Bu insanların pulu var deye biz buna göz yummalıyıq? Əgər inanmırsınızsa Ağcabədi ictimaiyyətindən məlumatı dəqiqləşdirə bilərsiniz.”

Məsələ ilə bağlı etik normaları nəzərə alıb fotoları və xanımın adını dərc etmirik. Növbəti yazımızda daha geniş yazacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 7News.az
Ağcabədidə 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalov işçisi ilə otaqda yaxalandı - MÜƏLLİMƏ HAMİLƏDİR

Administratorla əlaqə

077 611-55-22

[email protected]