Əsas Səhifə / Yazarlar

DƏLİ SEVGİ

13-04-2014, 20:29

Hər kəsi yandırıb, yaxan -Sevgi -bəzən eyni gəlir insana ,kimi dindirsən məncə, sevgi sarıdan yaralıdır.Məncə Sevgi elə bu deməkdir,sevmək, arzu etmək ,bilərəkdən ki, mümkün deyil,amma sevmək--Dəli Sevgidir adı məncə--amma əsl sevgi də elə Dəli Sevgidir -məncə. Əldə etsən o sevgini məncə, sevgi sayılmaz,sevgi əlcatmaz olmalı.Həsrətilə, xəyallarıyla yaşatmalı insanı o qədər ki, bir an unutmayasan,ya da unuda bilməyəsən,qəlbinə sancılan bir tikan kimi incidə hər an, hər nəfəsində.

O zaman ki,düşünürsən həsrətini cəkdiyin, kim bilir, indi hardadir?--bax o zaman, gözlərin dolar...

O zaman ki,düşünərsən, adı qəlbindən düşməyən, kiminləsə oturub, deyib- gülür ,o zaman, qəlbin yanar....

Nə zaman ki, düşünərsən ki, bax sən onu sevdiyin kimi, O da başqasını sevəcək-o zaman, özün yanarsan.......

Amma heç bir ağrı,nifrət ,kin kömək olmaz onu qəlbindən silməyə, həttda canın nə qədər ağrıtsa da, onu düşünərək, yenə ağrımasını istərsin--qorxarsın ürəyin sızlamaz birdən, deməli onu unutmuş olarsan--qorxarsın xəyallarını düşünürkən gözlərin dolmaz birdən,büllur yaşlar axmaz gözlərindən ,birdən adiləşər sənincün.........

Bir gün yuxuda görməsən qorxarsın, düşüncələrindən silinər deyə,bu zaman sənsizlik yoxdur ki,canını, qəlbini, varlığını , varlığında qəlbində yaşatdığın SƏN varsan, Sevirsən Dəlilər kimi....

Bir anlıq düşünərsən, O da xoşbəxt olmalı, onun da haqqı var, amma elə həmin anda bu düşüncələri beynindən atmaq üşün hər şeyə hazırsan. Yox, yox ,onu ancaq mən sevə bilərəm deyib, aldadarsın kəndini... Gözlərinə təkcə mən baxa bilərəm, əllərindən təkcə mən tuta bilərəm--onu təkcə mən sevə bilərəm deyib də-----aldatmazsın özünü bu dəfa.........---Sevərsin Dəlilər kimi...

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]