Ölkə

Əfv yazanları kim və necə “sındırdı”?! - Elsəvər Mürsəlli yazır

31-10-2015, 19:51
Əfv yazanları kim və necə “sındırdı”?! - Elsəvər Mürsəlli yazır

Elsəvər Mürsəlli

İndiki kimi yadimdadı, N!DA-çı dostum Bəxtiyar əfv yazan gün idi. ANS-in axşam xəbərlərində bu haqda məlumat verildi. Bu an kameramızın divarı döyüldü. "Praqulka" bağlı olduğu üçün, başımı pəncərədən çölə çıxardım. Qonşu kameradakı dustaq “əə nə oldu, sizi də sındırdılar?” deyərək, gülməyə başladı. Düzü çox pis oldum və dərhal əlimə qələm-vərəq götürüb, "Diktatorun önündə əyilən başlar" şüar hazırladım. Təbii ki, mən də həmin şüarda Bəxtiyarı, Eynullanı, Daşqını, qınayırdım. Ancaq o şüardan düz 20 gün sonra özüm də əfv yazdım. Çünki sıxıldım, üzüldüm və hər gün onların azad xoşbəxt yaşamları üçün gəncliyimi çürütdüyüm həbsxanada "Sənə bu lazım idi?" kimi sualları eşitməkdən bezdim. Dəstək olduğum insanların ailəmin göz yaşlarına şərik olmadığının şahidi oldum.
Hətta vəkilim, müxalifətin “Milli Qəhramanı” Xalid Bağırovun üzünü hakimə tutaraq, “Nə iş kəsirsən, kəs, çıxıb gedək. Mənim işim-gücüm var” deyəndə, bu müxalifət üçün lazımsız olduğumuzu gördüm. Onlar bizə sadəcə xaricdən gələn qrant gözüylə baxırdılar, zavallı bizlər isə onları özümüzə arxa-dayaq, xalqımızın xilaskarı gözü ilə…

Əfv yazıb, azadlığa çıxdıq və Heydər Əliyevə baş əydik. Əslində isə bizim baş əyməyimizin tək səbəbkarı xalqdır. Bəli bizi sındıran, əzən, baş əydirən indiki rejim yox, xalq oldu. Biz bu xalqdan ötrü həbs edildik, ac qaldıq, elə vaxt oldu ki, cibimizdən çıxmayan herainin bizim olmasını bildirən izahata qol çəkməkdən ötrü döyüldük, təhqir olunduq. Bəs xalq bizim üçün nə etdi? Həbsdə olanda görəsən bu müxalifət niyə mənim valideynlərimə zəng edib, heç olmasa təsəlli vermirdilər? Valideynlərimin gözündən yağış kimin axan yaşları, insanlıq naminə silmək doğrudanmı çətin idi?
Əksinə siz(lər)də bizi “sındıranlar”ın yanında oldunuz. Passivliyinizlə rejimə haqq qazandırdınız. Ona görə də heç kimin bizi qınamağa haqqı yoxdur. Çünki nə çəkdiyimizi, bir tək biz bilirik.

Bir sözlə, bizi baş əyməyə məcbur edən xalqın tənqidinə ehtiyacımız olmayacaq qədər, böyüdük...

demokratiya.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]