Yaşam

Xərçəngə tutulduğu deyilən Rəqsanə: Eşidəndə şok oldum – YENİLƏNİB

23-02-2016, 20:51
Xərçəngə tutulduğu deyilən Rəqsanə: Eşidəndə şok oldum – YENİLƏNİB

Bu gün mediada  müğənni Rəqsanə İsmayılovanın xərçəng xəstəliyinə düçar olması haqqında xəbər yer aldı.

Oxu.Az-a bununla əlaqədar açıqlama verən ifaçı yayılan informasiyanın yalan olduğunu bildirdi:

"Bu gün xərçəng xəstəliyinə tutulmağım haqqında xəbərləri eşidəndə və oxuyanda şok oldum. Mənim haqqımda bu cür məlumat 5 il bundan əvvəl də yayılmışdı.

O zaman həkimlərin yanlış diaqnozu məni və əzizlərimi xeyli qorxutmuşdu. Lakin peşəkar həkimlərin sayəsində beynimdə şiş yox, sadəcə su yığıldığı məlum oldu. Uğurlu müalicələrdən sonra səhhətim yaxşıdır.  

Allahdan qorxun. Nəyə görə mənə, sevdiklərimə, məni sevənlərə bu qədər stress yaşadırsınız? Allaha şükür, sağ-salamatam.

Əgər gələcəkdə haqqımda bu cür saxta və yalan yazılara yenidən rast gəlsəm həmin "jurnalist”ləri məhkəməyə verəcəyəm”.

15:37

Bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. Son zamanlar həyatının "qara zolağını” yaşayan müğənni xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Oxu.Az aktual.az-a istinadla xəbər verir ki, ağır yol qəzaları keçirən müğənni indi də öləcəyini düşünür.

7 ildir başında inkişaf edən şişdən xəbərsiz olan Rəqsanə xərçəng xəstəliyinə tutulduğunu deyir. Arıqlayıb 42 kiloqram qalan sənətçi həyatdan ümidini belə üzüb.

O, qardaş ölkə Türkiyədə əməliyyata yollansa da, bunun ona kömək olmayacağını düşünür. Başına gələn bu vəziyyəti ilk dəfə dilinə gətirən müğənni müsahibə zamanı göz yaşlarına hakim ola bilməyib.

"Elə bilirəm ki, o əməliyyatdan qayıtmayacam”, - deyə məşhur müğənni bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]