Əsas Səhifə / Ölkə
Keçmiş “NİDA”çı Röya Ayxana aşiq olub: “Mənim qəlbimin daimi sakini olmağını xahiş edirəm
9-01-2015, 22:07
Keçmiş “NİDA”çı, 1 il həbs cəzası çəkən, tanınmış gənc Elsevər Mürsəlli populyar müğənni Röya Ayxana aşiq olduğunu bəyanlayıb.
E.Mürsəlli Avrasiya.net-ə bildirib ki, R.Ayxanı dəlicəsinə sevir, hər gün yalnız onu düşünür, onun mahnılarına qulaq asmaqla, fotolarına baxmaqla özünü yanında hiss edir. R.Ayxan daim onun qəlbindədir, onu unutmağın mümkünsüz olduğunu deyən E.Mürsəllinin arzusu ona qovuşmaqdır: “Bir neçə il öncə “Dəniz” adli mahnisiyla sevdim bu xanimi o qədər gözəl, o qədər səmimi bir təsir bagisladı ki, mənə Röya xanım, onu sozlə ifadə etmək mümkün deyil. O zamanlar hələ balacaydim həmişə düşünürdüm, görəsən nə vaxtsa mənim Röyaya sevgimi etiraf etməyə imkan yaranacaqmı? Sonradan ailə həyatı quduğunu eşitdim, düzünü, deyim ki, onun xoşbəxt olmasını istəməyimə baxmayaraq cox pis oldum. Çünki onu saf , bir sevgiylə sevirdim. Hələ onda mən nə NİDA-çıydım, nə də YAP-çı. Mən adi Elsevər Mürsəlli idim. Heş kəsin adını belə duymadığı Elsevər Mürsəlli. 2013-cü ildə 1 illik həbs həyatımı onun mahnıları ilə onun mənim sevgimi, evlənməyiylə qəlbimdə gizlətməyimə məcbur edən səsiylə keçirtdim. Avqust ayında həbsdə olarkən eşitdim ki, Anardan boşanıb. Çox sevindim, çünki yenidən sevgimi etiraf etməyə bir şans yaranmışdı. Onun pulu, populyarlığı məni heç maraqlandırmır və gözümü ona dikməmişəm. Bu sevgi bir fanatin, bir müğənniyə olan sevgisi yox, sadəcə bu bir oğlanın bir qıza olan sevgisidir. Mənə onun özü – sadə, mehriban, gözəl, ürəyimi fəth edən Röya lazımdır, mənim məlhəmim odur. Və bu gün hər kəsin qəlbinə yol tapan Röya Ayxandan mənim qəlbimin daimi sakini olmağını xahiş edirəm və mənimlə eyni həyatı paylaşmasını istəyirəm”.
E.Mürsəlli R.Ayxana müraciət edib: “Röya xanım, həyat yoldaşınız olmaq istəyirəm. Sizə qovuşmağım həyatda ən böyük arzumdur. Bu arzuma yalnız sizin “hə” cavabınız qovuşdura bilər. Ümid edirəm ki, siz mənim xoşbəxtliyimi mənə qovuşmaqla özümə qaytaracaqsınız. Cavabınızı çox səbirsizliklə gözləyirəm. Sizi dünyalarca sevən və hər səhərini sizin adınızla açan Elsevər Mürsəlli”.