Ölkə

Şəhid Eminə həsr olunmuş "Şəhidim" şeri

26-05-2016, 23:45

Qələmim sükutu pozacaq yenə
Şəhidim deyərək yazacaq yenə
Ayrılıq adını həkk etsə belə 
O gözlər cənnətdə güləcək yenə

Şəhidim mən yazım sən isə dinlə
Həsrətin dağ oldu sönmüş ürəkdə
Ayrılıq sərt üzün göstərsə belə
Bu ruhlar cənnətdə qovuşar yenə

Yazmağa taqət yox yaza bilmirəm
Bu dilim gücsüzdü deyə bilmirəm
Bəlkədə burda yox, əbədiyyətdə 
Bu ruhlar qovuşar cənnətdə yenə

Sən öz həqiqətin sübut eylədin
Ucalan dağları yenə fəth etdin
Bəlkədə bilmirəm səninlə məndə
Qovuşdum rəbbimin öz cənnətində

Müəllif: Əliəsğər Hüseyni.

Administratorla əlaqə

077 611-55-22

[email protected]