Gündəm

Ordumuz yenə şəhid verdi - Xaçmaz şəhidi

4-05-2016, 00:53
Azərbaycan ordusunun əsgəri şəhid olub. Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Xaçmaz rayonu Hacıməmməd-Oba kənd sakini əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub. 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir! 
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ordumuz yenə şəhid verdi - Xaçmaz şəhidi

Administratorla əlaqə

077 611-55-22

[email protected]