Dünya

Rusiya Xəzərdən yenə raket atdı

30-10-2015, 17:01
Rusiya Xəzərdən yenə raket atdı

Rusiya Silahlı Qüvvələri eyni zamanda Plesetsk kosmodromundan, Şimal və Sakit Okean Donanmasının sualtı qayıqlarından, Xəzər donanmasının gəmisindən və Tu-160 təyyarələrindən qitələrarası ballistik və qanadlı raketlər buraxıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, raketlərin buraxılması idarəetmə sisteminin yoxlanması məqsədilə plana əsasən həyata keçirilib.

Raketlər Barents və Oxot dənizlərində “Bryansk” və “Podolsk” sualtı qayıqlarından, Plesetsk kosmodromundan, Xəzərdə təlim məqsədilə “Kalibr” qanadlı raketini buraxan “Velikiy Ustyuq” raket gəmisindən atılıb.

Raketin Xəzərin hansı hissəsindən və hansı hədəfə doğru buraxıldığı açıqlanmır.

Xatırladaq ki, bir müddət əvvəl bu gəmi dənizin İran sahilindən Suriya ərazisinə bir neçə raket buraxıb ki, bu da regionda böyük narahatlığa səbəb olub. Bir sıra aviaşirkətlər isə Xəzər üzərindən reysləri ləğv ediblər.
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]