Ölkə

"Tubzon"a köçürülən islamçı məhbus: Bizi ona görə ora köçürdülər ki..

24-05-2016, 14:06
Xəbər verdiyimiz kimi 14 mayda Ramana qəsəbəsindəki 16 saylı CÇM-dəki 5 islamçı məhbus "Tubzon"a aparılıb.

Belə ki, islamçı məhbuslar; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Allahverdiyev, Elşad Rzayev və Telman Şirəliyev 14 mayda məhbus vərəm xəstələrinin olduğu həbsxanaya göndəriliblər. İslamçı məhbusların "Tubzon"a köçürülmə məsələsinə Tərlan Ağadadaşov özü aydınlıq gətirib. İslamazeri.az-a danşan islamçı məhbusun atası Faiq Ağadadaşov oğlu Tərlanla görüşüb. "Tubzon"a köçürüləndən sonra ilk dəfə görüşdüyünü deyən Faiq Ağadadaşov "Tərlanın vəziyyəti yaxşıdır. Digər 4 məhbus "Tubzon"un təsərrüfat hissəsinə köçürülüb, Tərlan isə "Tubzon"un özündə qalıb. Aparılan zaman heç bir təzyiqə məruz qalmadıqlarını bildirib.", - deyə bildirib. Faiq Ağadadaşov daha sonra deyib: Tərlan mənə məsələnin təfərrüatlarını açıqladı. Faiq Ağadadaşov oğlunun dilindən belə nəql edir: "Tərlan dedi ki, Yusif peyğəmbərin filminin yayımlanmasına görə, Zöhrab Səmədovla yaranmış mübahisə islamçı məhbusların "Tubzon"a göndərilməsinin səbəbi yox, bəhanəsi olub. Belə ki, 16 saylı CÇM-nin əməliyyatçısı olan Zöhrab Səmədov mənə (Tərlana) yaxınlaşıb vəzifəyə keçməsi (müavin keçməsi) üçün pul lazım olduğunu bildirdi. Mən isə pulumuzun olmadığını ona bildirdim. Bundan sonra o, vəhhabilərə yaxınlaşdı və məndə olan məlumata görə, onlardan pul aldı. Bundan sonra Zöhrab bizim hər bir işimizdə səhv tutmağa başladı və bu film olayından sonra o, PX-nə şikayət yazdı." İslamazeri.az-a adının çəkilməsini istəməyən mənbə bildirmişdi ki, həbsxanalarda İŞİD, "Əl Qaidə" tərəfdarlarının sayının azalması vəhhabiləri narahat edib buna görə, ənənəvi islamı təbliğ edən ruhanilər və dindarlar CÇM-lərindən uzaqlaşdırılması üçün yeni planlar cızırlar. "Zon"ların rəisləri belə təkliflərə razı olmayacağını bildiklərinə görə, daha kiçik məmurlara öz təkliflərini təqdim edirlər. İslamazeri.az olaraq bildiririk ki, məsələ ilə bağlı istər Penitensiar Xidmət, istər 16 saylı CÇM, istərsə Zöhrab Səmədovun mövqeyini yayımlamağa hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]